Icma.az
close
up
AZ
Menu

Украинские беспилотники атаковали арсенал в Костроме: масштабный взрыв обновлено 13:51; видео

ASTRA: Усманская нефтебаза горит в Липецкой области России ФОТО / ВИДЕО

Депутат: Армения может сэкономить миллионы, закупая 80% бензина у соседних стран

Трамп, забери Макрона . Яркий протест французских фермеров Minval Politika

Новое назначение в “Azərlotereya”

КазМунайГаз : SOCAR проявляет интерес к разведочным проектам в Казахстане

Фенербахче вышел в финал Суперкубка Турции

Стали известны сроки 12 го заседания Консультативного совета Южного газового коридора

Агентство Азербайджана по разминированию заключило контракт с Международным фондом евразийской прессы

СМИ: Белый дом не исключил военное вмешательство для приобретения Гренландии

Культурный календарь 2026: яркие концерты и события, которые нельзя пропустить в Баку АФИША

Азербайджан как энергетический хаб Европы: от диверсификации к незаменимости

Азербайджан занял 5 е место по операционной эффективности интернет услуг в мировом рейтинге

Беспилотник ВСУ врезался в многоквартирный дом в Твери: один человек погиб, два пострадали

TAP увеличил мощности: кто получает дополнительный газ из Азербайджана ЭКСКЛЮЗИВ

США перебросили спецвертолеты на британские авиабазы

Драма на свадьбе азербайджанцев в Грузии: жестоко убит тамада, ранены пятеро

Убийце 16 летней жены Нураны вынесен приговор ФОТО/ВИДЕО

США разместили в Европе ядерные авиабомбы B61 12 подробности

AYNA: Количество такси в Баку превышает спрос

İtkin düşmüş azərbaycanlılar Onların hər birinin taleyi bilinməlidir

İtkin düşmüş azərbaycanlılar Onların hər birinin taleyi bilinməlidir

Согласно сайту Day.az, передает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

İtkin düşmüş insanlar haqqında danışanda adətən müharibələr, fəlakətlər və böhranlardan sonra taleyi məlum olmayan adamlardan söz gedir. Amma Azərbaycanda bu məsələ çoxdan sırf humanitar xarakterini itirib. Bu, artıq milli kimliyin bir hissəsinə, ədalət məsələsinə və tarixi həqiqətin sübutuna çevrilib. İtkin düşmüşlər - otuz ildən artıqdır ki, ağrısı qaysaqlanmayan, amma emosiya ilə deyil, faktlarla, texnologiyalarla və beynəlxalq əməkdaşlıqla sağaldılmağa çalışılan bir yaradır.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə, 2025-ci ilin oktyabrına olan vəziyyətə əsasən, taleyi hələ də məlum olmayan təxminən dörd min nəfər qeyd olunur. Onların uc mindən şoxu hərbçi, yeddi yuzdən artığı isə qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla, dinc əhalidir. Bu insanların demək olar ki, hamısı Birinci Qarabağ müharibəsi illərində yoxa cıxıb, amma 2020-ci il toqqusmalarının qurbanları arasında da yeni adlar var. Bu siyahılardakı hər bir ad - sadəcə bir statistika deyil, bir insan faciəsidir.

Ərazilərin erməni işğalından azad olunmasından sonra Azərbaycan kütləvi ekshumasiyalar və şəxsiyyətin müəyyən edilməsi istiqamətində geniş miqyaslı işlərə baslayıb. Indiyədək təxminən səkkiz yuz nəfərə məxsus insan qalıqları tapılıb və çıxarılıb. 29 kütləvi məzar aşkarlanıb və orada istintaq qurumlarının iştirakı ilə qazıntılar aparılıb. Bundan əlavə, azad olunmuş torpaqlarda aparılan bərpa və tikinti işləri zamanı da bir neçə yüz sümük qalıqları aşkarlanıb. Indiyə qədər ümumilikdə təxminən səkkiz yüz cəsəd ekshumasiya olunub, onlardan 187 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək dəfn edilib. Bu, çox böyük bir əməyin nəticəsidir, amma ümumi itkinlərin yalnız kiçik bir hissəsini əhatə edir.

Tapılan hər bir sümük fraqmenti - elmi və texniki baxımdan nəhəng bir vəzifədir. Çünki çox vaxt sümüklər deformasiyaya uğrayır, DNT zənciri məhv olur, qalıqlar bir yerdən digər yerə dasınır. Bəzən bir insana məxsus qalıqlar bir neçə fərqli yerdə tapılır. Belə hallarda genetik analiz yeganə etibarlı vasitə sayılır. Bu səbəbdən Azərbaycan məhkəmə genetikası sahəsini fəal inkişaf etdirir və beynəlxalq laboratoriyalarla əməkdasliq edir. Fəqət uğur yalnız genetik məlumat bazası genişləndikcə mümkündür - qohumların DNT nümunələri olmadan şəxsiyyətin müəyyənləşdirilməsi qeyri-mümkündür. Hazırda bu bazalar yaradılır, amma proses vaxt, resurs və ən əsası - ailələrin inamını tələb edir.

...Bu gün Bakıda keçirilən "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" adlı beynəlxalq konfransda ağrı, umut və insan həmrəyliyi dolu çıxışlar səsləndi. Fərqli ölkələrin nümayəndələrini bir araya gətirən bu forumda vacib xəbər elan olundu: şəxsiyyəti müəyyənləşdirilən daha 14 şəhidin adları ictimaiyyətə açıqlanacaq.

Hərbi əsirlər, girovlar və itkin ddüşmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirdi ki, identifikasiya prosesi davam edir və bütün istintaq və hüquqi prosedurlar tamamlandıqdan sonra daha 50 şəhidin adları açıqlanacaq. Onun sözlərinə görə, bu iş son dərəcə mürəkkəbdir və yalnız ekspertiza və laborator analizlərlə deyil, eyni zamanda ailələrlə sıx əməkdaslıqla aparılır. Cünki hər müəyyənləşdirilən şəxs - itirilmiş ümidin qaytarılması, illərlə gozləntilərin ədalətə çevrilməsi deməkdir.

İtkin düşmüşlər mövzusu - müharibə yaşayan hər bir xalqda sağalmayan bir yaradır. Ona görə də Bakıda keçirilən bu konfrans sadəcə beynəlxalq tədbir deyil, illərlə cavab gozləmiş insanların səslərini və talelərini birləşdirən məkan oldu.

Bosniya və Herseqovinadan olan itkin düşmüşlər ailəsinin nümayəndəsi Mideta Kaloper də bu işin əhəmiyyətindən danışdı. Onun sözlərinə görə, müharibədən 30 il keçməsinə baxmayaraq, minlərlə bosniyalı ailə hələ də yaxınlarının taleyini bilmir. "Bizim ucun ən vacibi onların taleyini oyrenmək, qalıqlarını tapmaqdır. Yalnız bundan sonra ailələr təsəlli tapa bilər", - deyə o vurğuladı. Onun fikrincə, əsas amil - ailələr, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaslıqdır.

"Cavabları tapmaq yalnız birgə fəaliyyətlə mümkündür. Insanların baxısları fərqli ola bilər, amma onlar ümumi məqsəd naminə birləsməlidirlər", - deyə Kaloper bildirib və əminliyini ifadə edib ki, Azərbaycanda aparılan səylər digər ölkələr üçün də nümunədir.

Beləliklə, minlərlə kilometr və onilliklərlə ayrılan faciələr bir nöqtədə birləşdi - itənlərin adlarını, yaddaşını və sakitliyini qaytarmaq istəyində. Baku bu gun elə bir məkan olub ki, burada yalnız itkilərin ağrısı deyil, həm də inam səslənir: heç bir tale unudulmayacaq, hər bir ailə həqiqət və vida haqqına sahib olacaq.

Xüsusi əhəmiyyət daşıyan sənədlərdən biri də 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton Bəyannaməsidir. Bu sənəddə ilk dəfə olaraq hər iki tərəfin itkin düşmüş şəxslərlə bağlı əməkdaslıq etməyi oz üzərinə gotürməsi təsbit olunub. Bəyannaməsi 9-cu maddəsi məhz bu istiqamətə həsr olunub. Onilliklər boyu davam edən qarşıdurmadan sonra ilk dəfə humanitar məsələ təkcə danışıqların predmeti deyil, həm də hüquqi öhdəlik kimi rəsmiləşdirilib. 2025-ci ilin fevralında iki ölkənin dövlət komissiyaları arasında ilk görüş keçirilib, məlumat mübadiləsi aparılıb. Bu, ehtiyatlı, amma eyni zamanda normallaşmaya doğru atılmış əhəmiyyətli bir addımdır - burada insan həyatı siyasi terminologiyadan uca tutulur.

Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkə və təşkilat nümayəndələri də bu prosesin vacibliyini vurğulayıblar. itkin düşmüş şəxslər uzrə Beynəlxalq Komissiyanın baş direktoru Ketrin Bomberger qeyd edib ki, texnoloji və qurumlararası əməkdaslıq olmadan real nəticələr əldə etmək mümkünsüzdür. Onun sözlərinə gorə, yalnız genetik tədqiqatların, ailələrlə sistemli işin və dövlətlərarası əlaqələrin uzvı birləşməsi onilliklərdir taleyi naməlum olan şəxslərə adlarını qaytara bilər.

Turkiyənin ədliyyə nazirinin muavini Hurşit Yıldırım isə vurğulayıb ki, muasir texnologiyalar artıq əlavə vasitə deyil, həyati zərurətdir. O, süni intellektin və yeni laboratoriya standartlarının tətbiqini əhatə edən innovativ metodlardan istifadə etməyə cagırıb.

Son illərdə Azərbaycan bu sahədə texnoloji yanaşmanın nümunəsinə çevrilib. Axtarış və identifikasiya işlərində georadarlar, pilotsuz aparatlar, peyk analiz sistemləri və rəqəmsal xəritələşdirmə texnologiyaları tətbiq olunur. Coğrafi informasiya sistemləri torpaq relyefində anomaliyaları - gizli məzarları və ya kütləvi basdırma yerlərini müəyyən etməyə imkan verir. Süni intellekt isə arxiv materiallarını və peyk şəkillərini analiz edərək ehtimal olunan dəfn yerlərini proqnozlaşdırır. Bu metodlar, xüsusilə cətin keçilən ərazilərdə, axtarışların effektivliyini xeyli artırır.

Bununla belə, problemin həlli yolunda hələ uzun məsafə qalır. Prosesi ləngidən bir sıra manelər mövcuddur. Onlardan biri Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin məhdudluğu və etibarsızlığıdır. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu xəritələrin dəqiqliyi 25 faizdən artıq deyil, bu isə qazıntıların aparılmasını təhlükəli edir və genişmiqyaslı minatəmizləmə tələb edir. Digər bir problem - dağıdılmış arxivlər, qohumlara dair məlumat bazasının tam olmaması və burokratik manelərdir. Bəzi ailələr qohumluğu təsdiq edən sənədlərə malik deyil, bəziləri isə xaricdə yaşayır, bu da DNT analizləri ucun nümunələrin toplanmasını cətinləşdirir.

Bununla yanaşı, prosesin siyasi tərəfi də var. Postmüharibə zonalarında hec bir humanitar təşəbbüs tamamilə siyasətdən kənar qala bilmir. Əgər itkinlərin axtarışı diplomatik təzyiq aləti kimi qəbul edilərsə, bu, butun mexanizmi qeyri-effektiv edər. Buna görə də vacibdir ki, dövlət komissiyalarının işi siyasi gündəmdən kənarda, sırf humanitar və hüquqi mahiyyət daşısın.

Azərbaycan bu prosesi institusionallaşdırmaq istiqamətində də addımlar atır. Vahid məlumat bazasının yaradılması, prosedurların standartlaşdırılması və beynəlxalq protokolların tətbiqi təkcə texniki yeniləşmə deyil, həm də etimad sisteminin qurulmasıdır. Məhz etimad - dövlətlər, ailələr və institutlar arasında - uğurun əsas açarıdır. Etimad olmadan məlumatların ötürülməsi, nümunələrin paylaşılması və birgə tədqiqatların aparılması mümkün deyil. Buna görə də butun prosedurlar şəffaf olmalı, hesabatlar dərc edilməli, ailələr və ictimaiyyət işlərin gedişi barədə davamlı məlumatlandırılmalıdır.

İtkin düşmüş şəxslərin qohumları ilə iş ayrıca istiqamətdir. Bu insanlar ucun gozlənti artıq həyat tərzinə çevrilib. Onlara yalnız cavablar deyil, həm də diqqət, qayğı və prosesin bir hissəsi olmaq imkanı lazımdır. Azərbaycan ailələrlə əlaqə mexanizmləri yaradır, konsultasiyalar kecirir, genetik nümunələr toplayır, psixoloji dəstək göstərir. Axı sonda söz statistika haqqında deyil - insan yaddaşı, adların və talelərin qaytarılması haqqındadır. Hər tapılan və identifikasiya olunan şəxs - bərpa olunmuş ədalətdir, qaytarılmış ailə tarixidir, cəmiyyətin daxili sabitliyinə doğru bir addımdır.

Azərbaycanın baxışına görə, itkin düşmüşlərlə bağlı məsələnin həlli strateji əhəmiyyət də daşıyır. Bu, dövlətin mənəvi statusunu gucləndirir, onun humanitar məsuliyyətini dünyaya gostərir. Eyni zamanda bu, aqressiyanın nəticələrini sənədləşdirən, dinc əhaliyə qarşı törədilən cinayətləri və yoxa cıxmaları hüquqi fakt kimi təsdiqləyən mexanizmdir. Hər bir ekshumasiya olunan və identifikasiya edilən insan - işğal altında yasanan illərin səssiz şahididir. Beləcə, bu fəaliyyət təkcə humanitar deyil, həm də tarixi-hüquqi missiyadır.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:165
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 09 Октября 2025 13:08
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские беспилотники атаковали арсенал в Костроме: масштабный взрыв обновлено 13:51; видео

06 Января 2026 14:24see604

ASTRA: Усманская нефтебаза горит в Липецкой области России ФОТО / ВИДЕО

06 Января 2026 08:33see324

Депутат: Армения может сэкономить миллионы, закупая 80% бензина у соседних стран

06 Января 2026 15:40see307

Трамп, забери Макрона . Яркий протест французских фермеров Minval Politika

06 Января 2026 18:29see298

Новое назначение в “Azərlotereya”

07 Января 2026 15:12see274

КазМунайГаз : SOCAR проявляет интерес к разведочным проектам в Казахстане

07 Января 2026 09:21see272

Фенербахче вышел в финал Суперкубка Турции

07 Января 2026 02:49see238

Стали известны сроки 12 го заседания Консультативного совета Южного газового коридора

07 Января 2026 14:22see223

Агентство Азербайджана по разминированию заключило контракт с Международным фондом евразийской прессы

06 Января 2026 20:16see207

СМИ: Белый дом не исключил военное вмешательство для приобретения Гренландии

07 Января 2026 04:32see197

Культурный календарь 2026: яркие концерты и события, которые нельзя пропустить в Баку АФИША

07 Января 2026 11:54see194

Азербайджан как энергетический хаб Европы: от диверсификации к незаменимости

06 Января 2026 14:38see194

Азербайджан занял 5 е место по операционной эффективности интернет услуг в мировом рейтинге

06 Января 2026 17:20see187

Беспилотник ВСУ врезался в многоквартирный дом в Твери: один человек погиб, два пострадали

06 Января 2026 08:33see177

TAP увеличил мощности: кто получает дополнительный газ из Азербайджана ЭКСКЛЮЗИВ

07 Января 2026 13:16see174

США перебросили спецвертолеты на британские авиабазы

07 Января 2026 07:01see172

Драма на свадьбе азербайджанцев в Грузии: жестоко убит тамада, ранены пятеро

07 Января 2026 00:13see147

Убийце 16 летней жены Нураны вынесен приговор ФОТО/ВИДЕО

06 Января 2026 17:36see143

США разместили в Европе ядерные авиабомбы B61 12 подробности

06 Января 2026 17:58see141

AYNA: Количество такси в Баку превышает спрос

07 Января 2026 01:21see132
newsПоследние новости
Самые свежие и актуальные события дня