Kənd təsərrüfatı sahəsində istifadə olunan orqanomineral gübrələrin idxalı və satışı ƏDV dən azad edilir
Согласно сайту Day.az, передает Icma.az.
Mineral gübrələrlə yanaşı, kənd təsərrüfatı sahəsində istifadə olunan orqanomineral (özündə həm üzvi, həm də mineral tərkib hissələrini birləşdirən) gübrələrin də idxalı və satışı ƏDV-dən azad ediləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Bildirilib ki, hazırda yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi, torpaq resurslarının dayanıqlı istifadəsi, habelə ekoloji kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilir.
Dəyişiklik nəticəsində orqanomineral (üzvi, üzvimineral) gübrələrin qiymətinin aşağı düşməsi, beləliklə kənd təsərrüfatı məhsullarının maya dəyərinin azalması, məhsuldarlığın yüksəlməsi proqnozlaşdırılır.
Другие новости на эту тему:
Просмотров:31
Эта новость заархивирована с источника 29 Декабря 2025 14:34 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















