Media süni intellektdən daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır İcraçı direktor
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağrışları sırasındadır.
Day.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır:
"Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır. Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz".
Əhməd İsmayılov qeyd edib ki, bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir:
"Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə etməkdədir. Biz bu prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik".
Другие новости на эту тему:
Просмотров:458
Эта новость заархивирована с источника 30 Сентября 2025 10:46 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















