Millət vəkili Nizami Səfərov Qazaxıstan səfirliyində olub və başsağlığı verib
Согласно материалам сайта Day.az, передает Icma.az.
"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın tapşırığına əsasən Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri olaraq mən və qrupun üzvləri deputatlar Aydın Hüseynov və Göydəniz Qəhrəmanov dekabrın 27-də Qazaxıstan Respublikasının Bakıdakı səfirliyində olduq".
Day.Az xəbər verir ki, bu sözləri Millət vəkili, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Səfərov "Facebook" hesabında etdiyi paylaşımda yazıb.
""Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus hava gəmisinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verərək və yaralıların tezliklə sağalmalarını arzulayaraq, bu barədə səfirlikdə açılan matəm kitabına ürək sözlərimiz qeyd edildi. Həmçinin Qazaxıstan tərəfinin baş verən faciənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılmasının vacilibliyi xüsusi olaraq vurğulandı.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə qörüş zamanı xilasetmə işlərinin operativ şəkildə aparılması və bütün zəruri tədbirlərin həyata keçirilməsinə görə Qazaxıstanın müvafiq dövlət qurumlarına minnətdarlıq bildirildi."
Другие новости на эту тему:
Просмотров:206
Эта новость заархивирована с источника 28 Декабря 2024 10:36 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















