Icma.az
close
up
AZ
Menu

В Москве при нападении подростка убит высокопоставленный сотрудник Роскомнадзора

В Москве подросток убил сотрудника Роскомнадзора Minval Politika

Нефтяной бум улыбается всем...

Как будут рассчитываться отпускные по новым нормам Трудового кодекса Азербайджана?

Учительница в Австралии родила от 12 летнего ученика

В турецком Мерсине десятки домов и автомобилей оказались под водой из за ливней

Обладатель трех Грэмми отменил концерты в России

Cын Трампа завел подругу из России

Самый меткий в габалинской перестрелке и логичный итог

Дом футболиста ограбили во время матча ЛЧ

Более 80 человек погибли на западе Пакистана при атаках террористов ОБНОВЛЕНО

От двух зрителей до международного масштаба

Экономика решает все: Азербайджан важнее Армении и для Индии ТЕМА ДНЯ от Акпера Гасанова

Скандал между стройкомпанией и гражданкой: в Баку снесли объект без предупреждения?

Азербайджанский дипломат в ООН: Международное право должно применяться ко всем в равной степени

Хикмет Гаджиев рассказал о геополитических рисках для Азербайджана

Совет мира усиливает влияние Азербайджана и Казахстана на международную безопасность китайский эксперт для

Наставник Карабаха назвал Ньюкасл серьезным соперником

Шахрияр Аскеров: Невозможно выигрывать, имея в составе 6 7 баскетболистов

Министр финансов США заявил, что иранские власти переводят деньги в банки по всему миру Minval Politika

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA nın 2 ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA nın 2 ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib FOTO

По материалам сайта Day.az, передает Icma.az.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 17-də AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib.

Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirin açılışında çıxış edən AİPA-nın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman tədbirin əhəmiyyəti barədə fikirlərini səsləndirib. O, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayaraq, Forumda iştirakına görə ona təşəkkürünü bildirib.

Spiker Sahibə Qafarova çıxışında AİPA-nın qadınlarla bağlı məsələləri daim gündəmdə saxlamasını təqdir edərək, xüsusilə, daha inklüziv və gender məsələlərinə həssas yanaşan parlamentlərin qurulması ilə bağlı müzakirələrin bütün qadın deputatlar üçün böyük maraq kəsb etdiyini bildirib.

Milli Məclisin sədri vaxtilə gender mövzularında araşdırmalar aparmış, beynəlxalq parlament təşkilatlarında gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı bir sıra vəzifələr tutmuş bir millət vəkili kimi bu məsələdə bir amilin həlledici əhəmiyyətini hər zaman vurğuladığını deyib. O, bildirib ki, uğur əldə etmək üçün qadın və kişilərin bərabər hüquqlara malik olması ideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir. Digər tərəfdən, etiraf edilməlidir ki, qadınların ictimai həyatın bütün sahələrində və qərar qəbuletmə proseslərində bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil.

Sahibə Qafarova çıxışında bütövlükdə parlamentlərin cəmiyyətin tələblərini və mövcud dinamikasını əks etdirdiyini xatırladaraq, qeyd edib ki, eyni zamanda, parlamentlər həm öz daxilində, həm də cəmiyyətdə dəyişikliklərə istiqamət vermək üçün güclü alətlərə malikdirlər. Bu alətlərdən ən mühümü lazımi davranış çərçivələrini müəyyənləşdirən qanunvericilik fəaliyyətidir. Spikerin sözlərinə görə, qadınların parlamentlərdə iştirakının artması parlamentlərin təmsilçilik və idarəetmədə gender məsələlərinə daha həssas yanaşmasını təmin edir. Bu, qadınların baxışlarının da qanunvericilik prosesində əks olunması ilə nəticələnir və onları bu prosesin əsas maraqlı tərəflərindən birinə çevirir. Beləliklə, bütün bu qeyd olunanlar cəmiyyətdə bərabərliyin və demokratik dəyərlərin təşviqində parlamentlərin rolunu gücləndirir, onları daha inklüziv və gələcək çağırışlara hazırlıqlı edir.

Spiker Sahibə Qafarova Qadın Siyasi Liderlər Forumunda Azərbaycan Milli Məclisinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. O, bildirib ki, Azərbaycan qadınların hüquqlarının və qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir. Spiker xatırladıb ki, Azərbaycan 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ vermişdir. 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-nı qazanıblar ki, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsil olunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütün məsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərə alınmasına imkan verir. Parlamentin 15 komitəsindən 5-nin sədr müavinləri qadındır. Ailə, qadın və uşaq məsələləri daimi komitəsinə qadın deputat rəhbərlik edir. Son 5 ildə komitə tərəfindən 47 qanun layihəsinə baxılıb, gender və ailə məsələləri ilə bağlı 16 ictimai dinləmə keçirilib. Parlamentimiz Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə də sıx əməkdaşlıq edir ki, bu da parlament-hökumət əməkdaşlığının səmərəliliyini təmin edir və səylərin əlaqələndirilməsini gücləndirir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın gender məsələləri ilə bağlı beynəlxalq parlament təşkilatlarında təşəbbüsləri və fəaliyyəti haqqında da danışıb. O, deyib ki, Azərbaycan Milli Məclisi parlamentlərarası təşkilatların işində yaxından iştirak edərək, bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəli sürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclü dəstək verir. O cümlədən, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupu Assambleyanın 2019-cu ildə Bakıda keçirilmiş Doqquzuncu Plenar Sessiyasında yaradılıb. Asiya Parlament Assambleyasının hazırkı sədri kimi Milli Məclis Assambleya çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasını təklif edib ki, bu da hazırda üzv parlamentlərin müzakirəsindədir. O cümlədən, qadın deputatlarımız bir sıra digər parlament təşkilatlarının, həmçinin Parlamentlərarası İttifaq çərçivəsində Qadın Parlamentarilər Forumunun və Gender Tərəfdaşlığı Qrupunun işində fəal iştirak edirlər.

Çıxışının sonunda spiker Sahibə Qafarova qeyd edib ki, bugünkü müzakirələr beynəlxalq əməkdaşlığın - qadın parlamentarilər arasında birgə fəaliyyətin və ən yaxşı təcrübələrin mübadiləsinin vacibliyini bir daha nümayiş etdirir. O, xatırladıb ki, bu ilin iyul ayında İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaq tərəfindən keçirilmiş Qadın Parlament Sədrlərinin 15-ci Sammiti də bu yanaşmanın zəruriliyini vurğulayıb.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:87
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 17 Сентября 2025 17:47
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Москве при нападении подростка убит высокопоставленный сотрудник Роскомнадзора

30 Января 2026 17:59see654

В Москве подросток убил сотрудника Роскомнадзора Minval Politika

30 Января 2026 16:42see251

Нефтяной бум улыбается всем...

30 Января 2026 09:17see236

Как будут рассчитываться отпускные по новым нормам Трудового кодекса Азербайджана?

30 Января 2026 08:12see228

Учительница в Австралии родила от 12 летнего ученика

31 Января 2026 05:22see211

В турецком Мерсине десятки домов и автомобилей оказались под водой из за ливней

31 Января 2026 04:10see193

Обладатель трех Грэмми отменил концерты в России

30 Января 2026 16:41see188

Cын Трампа завел подругу из России

30 Января 2026 00:32see188

Самый меткий в габалинской перестрелке и логичный итог

31 Января 2026 00:16see176

Дом футболиста ограбили во время матча ЛЧ

31 Января 2026 00:15see163

Более 80 человек погибли на западе Пакистана при атаках террористов ОБНОВЛЕНО

31 Января 2026 19:35see159

От двух зрителей до международного масштаба

30 Января 2026 09:36see158

Экономика решает все: Азербайджан важнее Армении и для Индии ТЕМА ДНЯ от Акпера Гасанова

30 Января 2026 23:02see145

Скандал между стройкомпанией и гражданкой: в Баку снесли объект без предупреждения?

30 Января 2026 07:43see144

Азербайджанский дипломат в ООН: Международное право должно применяться ко всем в равной степени

30 Января 2026 23:19see142

Хикмет Гаджиев рассказал о геополитических рисках для Азербайджана

30 Января 2026 23:38see141

Совет мира усиливает влияние Азербайджана и Казахстана на международную безопасность китайский эксперт для

30 Января 2026 19:50see139

Наставник Карабаха назвал Ньюкасл серьезным соперником

30 Января 2026 21:14see136

Шахрияр Аскеров: Невозможно выигрывать, имея в составе 6 7 баскетболистов

30 Января 2026 23:21see132

Министр финансов США заявил, что иранские власти переводят деньги в банки по всему миру Minval Politika

31 Января 2026 00:15see132
newsПоследние новости
Самые свежие и актуальные события дня