Icma.az
close
up
AZ
Menu

Президент Чехии заявил, что Украине придется пойти на болезненные уступки Minval Politika

ASTRA: Самолет госпиталь МЧС России, где может находиться Адам Кадыров, приземлился во Внуково

TikTok внедряет новую технологию определения возраста для Европы

Власти Кыргызстана ограничили долю русскоязычного контента на ТВ Minval Politika

Лидер британской Федерации сикхов заявил о дискриминации сикхов в Индии Minval Politika

Бердыев просматривает туркменского форварда

Спикер парламента Кыргызстана принял генерального секретаря ТЮРКПА

В Серпухове горит электроподстанция, часть города обесточена ВИДЕО / ФОТО

Внешний госдолг Грузии достиг 9,29 млрд долларов

LIVE: Карабах и Заглембе быстро обменялись голами

Мачадо вручила Трампу Нобелевскую премию мира в Белом доме

Назван объем денежных переводов в Грузию в декабре 2025 года

Трамп заявил, что готов остановить девятую войну

Посол: Литва будет представлена делегацией на WUF13 в Баку

Афган Джалилов возглавил ASCO: что известно о новом руководителе? ДОСЬЕ

Немецкий министр о менталитете Трампа

Названа сумма, выплаченная Кяпазом за трансфер грузинского защитника

Трамп заявил, что никто не убеждал его не наносить удар по Ирану

Мюнхенская конференция отменила приглашение главе МИД Ирана

Закрытые двери Давоса: Россию снова не зовут

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub FOTO

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub FOTO

Icma.az, со ссылкой на сайт Day.az, информирует.

Heydər Əliyev Fondunun dəstəyi, bp şirkətinin sponsorluğu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində yanvarın 17-də Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

2025-ci ilin noyabrından 2026-cı ilin fevralına qədər keçirilən "Neft bumu hamıya gülümsəyir" festivalı Azərbaycanın görkəmli yazıçısı Maqsud İbrahimbəyovun yaradıcılıq irsinə həsr olunub və neft bumu dövrünün mədəni və tarixi konteksti ətrafında qurulub. Müxtəlif incəsənət sahələrini bir araya gətirən festival müəllifin ədəbi mətnlərində yer alan transformasiya, gözlənti və daxili gərginlik mövzularına müraciət edir.

"Qeyzer" müasir incəsənət sərgisi festivalın əsas layihələrindən biridir. "Neft bumu hamıya gülümsəyir" pyesinə konseptual istinad kimi yanaşaraq, o, şəxsi təcrübə ilə kollektiv tarixin qovuşduğu anlayışa immersiv baxış təqdim edir.

Sərginin açılışında çıxış edən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova bu günün festival üçün xüsusi əhəmiyyət daşıdığını deyib: "Bu gün həqiqətən möhtəşəm bir hadisədir, çünki festivalda gənc və istedadlı rəssamlar iştirak edirlər. Məni xüsusilə sevindirən məqam iştirakçıların bir çoxunun sadəcə çıxış etməsi deyil, həm də ideyalar üzərində dərindən düşünməsi və Maqsud İbrahimbəyovun kitablarına müraciət etməsidir".

Anna İbrahimbəyova qeyd edib ki, təqdim olunan əsərlər daha çox təəssürat, şəxsi interpretasiya və bədii reaksiyadır sözlərin və obrazların vizual sənət dilinə çevrilməsidir.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxışında tədbirin ərsəyə gəlməsində əməyini olan bütün heyətə təşəkkürünü bildirib. O, 2025-ci ilin noyabr ayından bəri keçirilən "Neft bumu hamıya gülümsəyir" festivalının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Festival çərçivəsində təqdim olunan tədbirlər və tamaşalar böyük önəm daşıyır. Ümid edirəm ki, bu ənənəvi bir hal alacaq. Bu gün rəssamlarla görüşdüm. Onların bir-birindən gözəl əsərləri təqdim olunur. Gələcək yaradıcılıqlarında hər birinə uğurlar arzu edirəm".

Sonra çıxış edən bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu gün indiyədək mövcud olmuş və gələcəkdə də davam edəcək bayramlardan biri - incəsənət və ədəbiyyatın kəsişməsində yaranan bayram qeyd edilir. O, bp şirkəti olaraq belə gözəl bir tədbirin ərsəyə gəlməsində iştirak etməkdən məmnunluğunu bildirib.

Sərginin kuratoru Nigar Rzayeva çıxışında deyib ki, Maqsud İbrahimbəyovun yaradıcılığı o qədər canlı və müasirdir ki, layihə və təqdim olunan işlər rəssamlar üçün böyük ilham mənbəyinə çevrilib. O, bütün yaradıcı heyətə, eləcə də göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, bp şirkətinə və Müasir İncəsənət Muzeyinə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Layihədə neft Bakının ritmini, insanların talelərini və bütövlükdə ölkənin inkişafını müəyyənləşdirən real qüvvə kimi çıxış edir. O ölkə tarixi boyunca insan münasibətlərinin formalaşdığı mühiti yaradır.

"Qeyzer" adı neft fontanına, yəni təzyiq altında neftin yer səthinə çıxmasına, həmçinin qeyzerin yığılıb qalmış enerjini azad etməsi prinsipinə işarə edir. Eyni impuls Maqsud İbrahimbəyovun pyesi tərəfindən verilib və layihənin bədii işlərində inkişaf etdirilib.

Sərgidə doqquz rəssam iştirak edir. Ekspozisiya bir-biri ilə əlaqəli iki şərti hissədən ibarətdir: arxiv materiallarının yenidən işlənməsinə əsaslanan konseptual video-iş və əsas bədii məkanı formalaşdıran müasir rəssamların əsərləri.

Bununla yanaşı, sərgidə festivalın təşəbbüskarı və təşkilatçısı, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovanın foto işi də təqdim olunur. Bu iş sərginin əsas iştirakçı tərkibindən kənar təqdim olunur.

İştirakçılar Fidan Sadıq, İrina Eldarova, Kənan Əliyev, Müşfiq Heydərov, Nəzrin Məmmədova, Nigar Familsoy, Orxan Qarayev, Sərxan Hacıyev və Vüsalə Ağarazıyevadır.

Fidan Sadıq "Adsız" əsəri ilə instalyasiya neft bumunun yaşandığı dövrdə qadının görünməyən mövcudluğuna toxunur. Üzü olmayan qadın fiquru fərdiliyin itirilməsinin obrazına çevrilir, bədən qadının daxili vəziyyəti ilə sosial təzyiq arasında sərhəd kimi çıxış edir. Neft dövrünün Bakı fraqmentlərini əks etdirən naxış üzün yerini tutur və sənaye ilə tarixin izini bədəndə sabitləyir. Qadın fiquru şəxsin səsinin demək olar ki, eşidilmədiyi bir vəziyyətdə təqdim olunur.

İrina Eldarovanın "Drakaris. Atəşpərəstlər" əsəri Günəş enerjisinə həyatın ilkin mənbəyi və Odlar Yurdunun simvolu kimi müraciət edir. Burada anilik hissi aradan qalxır və yerini davamlı enerji impulsu tutur. İnsan kollektiv obraz kimi təqdim olunur. O, alovu ram etmiş və onun ötürülməsi üçün yerin dərinliklərindən qlobal məkana qədər uzanan sistemlər yaratmış titan kimi göstərilir. Əsər müasir dünyanı formalaşdıran enerjinin miqyası və gücü haqqında vizual ifadə kimi qurulub.

Kənan Əliyevin "Gözlənti" heykəltaraşlıq işi yüksəliş və gözlənti hissi üzərində qurulub. Postamentdən xaotik şəkildə qalxan borular qapalı kvadrat yaradır, bu isə neftin şərti vahidinə, kuba işarə edir. Bu konstruksiyadan kənara doğru uzanan ayrı-ayrı borularla səs yayılır. Onlara yaxınlaşan tamaşaçı daxildən artan hərəkəti eşidir, sanki nəsə yuxarı qalxmaq və bayıra çıxmaq istəyir. Əsər neft yüksəlişi dövründə Bakının yaşadığı təcrübəyə müraciət edir, həmin dövrdə neftin püskürməsinə yaxın eşidilən səs gələcək dəyişikliklərin əlaməti kimi qəbul olunurdu.

Bu hiss rəssam üçün şəxsi təcrübə ilə bağlıdır. 1990-cı illərdə, Bakıda su qıtlığının yaşandığı dövrdə, o, gözlənti, gərginlik və sevinc hisslərini öz üzərində yaşayıb: "Kranı dəfələrlə açıb qulaq asardım. O səsi gözləyirdim. Su gələndə, sadəcə, xoşbəxt olurdum".

Müşfiq Heydərov "Postinsan" əsəri ilə konseptual heykəl cinsi və fərdi xüsusiyyətlərdən məhrum edilmiş insan obrazını təqdim edir. Fiqurun böyük ölçüsü onun postinsan xarakterli, müasir dövr tərəfindən formalaşdırılmış bir obyekt kimi qəbul edilməsini gücləndirir. Rəssam enerji, texnologiya və informasiyanın zamanla insanın yaşama və özünü dərk etmə biçimlərini dəyişdirərək yeni reallıqlar yaratdığı fikrinə işarə edir.

Bu kontekstdə neft bünövrə rolunu oynayır: sənaye və rəqəmsal sistemlərin üzərində qurulduğu əsas enerji mənbəyi kimi. Məhz bu enerji transformasiya proseslərini hərəkətə gətirir və nəticədə insan tədricən bədən və sosial müəyyənliyini itirərək universal, şəxsiyyətsiz funksional daşıyıcıya çevrilməsi riski ortaya çıxır.

Nəzrin Məmmədovanın "Qeyzer" abstrakt əsəri gizli enerjinin səthə çıxaraq insanın daxili hallarını dəyişdirməyə başladığı anı təsbit edir. Yeraltı qatlarından qalxan enerji tanış xətləri pozur və dağılma ilə formalaşma arasında qeyri-sabit hallar yaradır.

Rəssamı keçid anının gərginliyi maraqlandırır: köhnə emosional strukturlar dağılır, yeniləri isə hələ formalaşmağa macal tapmır. Bu proses yığılmış enerjinin qəfil boşalması kimi özünü göstərir.

Əsərin strukturunda rəng, forma və dərinlik vasitəsilə Abşeron landşaftı ilə bağlı assosiasiyalar sezilir.

Nigar Familsoyun "Yan təsir" rəsm əsərinin mərkəzi obrazı tarixi dəyişikliklərin və dönüş nöqtələrinin müşahidəçisi olan qarğadır. O, tərəqqinin gözqamaşdırıcı işığı kimi təsir göstərən aqressiv sarı sahənin içində meydana çıxır.

Əsər neft və texnoloji bumunun geri dönməz xarakterini ön plana çıxarır. Ümumi rifah illüziyası nəticələrin reallığı ilə toqquşur. Bu toqquşmada qarğa hərəkətsiz şahid olaraq qalır və tərəqqinin hər iki üzünü eyni anda özündə saxlayır.

Orxan Qarayev "Pərdə" əsəri ilə neft bumunu parlaq inkişafla gündəlik əməyin görünməz reallığı arasında formalaşan ziddiyyətlər sahəsi kimi təhlil edir. Üçbucaqlı lamellərdən ibarət konstruksiya iki vizual səth yaradır; bu səthlərin hər biri yalnız müəyyən baxış bucağından açılır və fiziki zəhmətlə zahiri parıltını qarşı-qarşıya qoyur.

Birbaşa baxış zamanı təsvir dağılaraq abstrakt görüntüyə çevrilir. Bu optik "korluq" illüziya və fraqmentar qavrayışın metaforası kimi çıxış edir. Məna yalnız hərəkət prosesində formalaşır: tamaşaçı bütövü dərk etmək üçün mövqeyini dəyişməyə məcbur qalır. Həyatda olduğu kimi, aydınlıq da ayrı-ayrı fraqmentlərin birləşməsi nəticəsində yaranır.

Sərxan Hacıyevin əsəri olan "Aralıq" bədii videofantaziya maddi və rəqəmsal reallıqlar arasındakı vəziyyəti təsvir edir. Reallıqların dəyişməsi insan üçün tədricən və demək olar ki, hiss olunmadan baş verir, dəqiq başlanğıc və tamamlanma anı yoxdur. Bu fon üzərində neft ilkin materiya və qədim həyatın yaddaşı kimi ortaya çıxır və ondan şüur və ruhu xatırladan kəpənək obrazı yaranır.

Neft və süni intellekt obrazları insanın maddi yaddaşla rəqəmsal reallıq arasında qaldığı mövqeyi ifadə edən vizual dili formalaşdırır.

İkinci videoart Azərbaycan Dövlət Film Fondunun arxiv materialları əsasında hazırlanmışdır, nefti real həyatın və tarixin ayrılmaz bir hissəsi kimi təqdim edir.

Vüsalə Ağarazıyeva "Sahə" əsəri neft bumunun dövrünə aid tarixi-sənədli obrazlara əsaslanır: neftin içində dizə qədər dayanan, bədənlə maddə arasında sərhədin itdiyi ağır və yapışqan mühitdə çalışan insanlar. Rəssamın sahə adlandırdığı bu məkanda insan və neft eyni varlığın elementlərinə çevrilir. Bu monumental rəsm əsəri pafos və idealizasiya iddiası daşımır. Rəssam insanın fiziki, bədən təcrübəsi vasitəsilə baş verənləri qəbul edərək tarixi prosesə birbaşa daxil olmasına diqqət yönəldir.

Bu məntiq "Mərkəz" adlı instalyasiyada da davam etdirilir. Dairəvi taxta forma əl əməyinə və bu əməyin baş verdiyi torpaq mühitə işarə edir. Fırlanan mərkəz fasiləsiz hərəkət yaradır. Onun üzərindəki bir cüt neftçi əlcəyi insan varlığının səssiz şahidi, əməyə və bir çox insanların zəhmətinə dair xatirədir.

"Qeyzer" adlı müasir incəsənət sərgisi fevralın 2-dək davam edəcək.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:65
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 17 Января 2026 23:18
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Президент Чехии заявил, что Украине придется пойти на болезненные уступки Minval Politika

16 Января 2026 18:57see214

ASTRA: Самолет госпиталь МЧС России, где может находиться Адам Кадыров, приземлился во Внуково

17 Января 2026 09:42see213

TikTok внедряет новую технологию определения возраста для Европы

16 Января 2026 13:31see210

Власти Кыргызстана ограничили долю русскоязычного контента на ТВ Minval Politika

16 Января 2026 16:58see209

Лидер британской Федерации сикхов заявил о дискриминации сикхов в Индии Minval Politika

16 Января 2026 11:45see208

Бердыев просматривает туркменского форварда

16 Января 2026 13:27see208

Спикер парламента Кыргызстана принял генерального секретаря ТЮРКПА

16 Января 2026 14:23see204

В Серпухове горит электроподстанция, часть города обесточена ВИДЕО / ФОТО

17 Января 2026 09:42see199

Внешний госдолг Грузии достиг 9,29 млрд долларов

16 Января 2026 22:13see186

LIVE: Карабах и Заглембе быстро обменялись голами

16 Января 2026 19:16see184

Мачадо вручила Трампу Нобелевскую премию мира в Белом доме

16 Января 2026 08:16see179

Назван объем денежных переводов в Грузию в декабре 2025 года

16 Января 2026 08:48see168

Трамп заявил, что готов остановить девятую войну

17 Января 2026 00:43see167

Посол: Литва будет представлена делегацией на WUF13 в Баку

16 Января 2026 16:19see161

Афган Джалилов возглавил ASCO: что известно о новом руководителе? ДОСЬЕ

16 Января 2026 18:21see158

Немецкий министр о менталитете Трампа

16 Января 2026 13:01see157

Названа сумма, выплаченная Кяпазом за трансфер грузинского защитника

16 Января 2026 22:41see155

Трамп заявил, что никто не убеждал его не наносить удар по Ирану

16 Января 2026 23:55see151

Мюнхенская конференция отменила приглашение главе МИД Ирана

16 Января 2026 20:18see148

Закрытые двери Давоса: Россию снова не зовут

16 Января 2026 19:13see142
newsПоследние новости
Самые свежие и актуальные события дня