Müdafiə naziri HDQ nin Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üzrə fəaliyyətlərini izləyib FOTO
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Day.Az-а verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin Komanda İdarəetmə Məntəqəsində olub, burada mərhələlər üzrə yerinə yetirilən tapşırıqlar haqqında komandir heyətinin məruzələrini dinləyib.
Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimin başlıca məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.
Təlim çərçivəsində axtarış-xilasetmə tədbirləri və qəzalı gəminin təxliyəsi üzrə fəaliyyətlərin icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib.
Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldilib.
Təlimin gedişatını izləyən müdafiə naziri şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Другие новости на эту тему:
Просмотров:103
Эта новость заархивирована с источника 14 Августа 2025 12:48 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















