Icma.az
close
up
AZ
Menu

Ночная атака Шахедов по Сумщине: повреждена инфраструктура

Турция разработала беспилотный экраноплан нового поколения ВИДЕО

Госдеп не подтверждает ультиматум Трампа Путину о встрече с Зеленским Minval Politika

Чужая среди своих: о клейме на челе Марго Симоньян ТЕМА ДНЯ от Акпера Гасанова

Ильхам Алиев: Вместе с Пашиняном обратимся в Нобелевский комитет по поводу выдвижения Дональда Трампа на премию мира

"Араз Нахчыван" крупно уступил "Омонии" Лига конференций

Белый дом: Азербайджан и Армения подпишут мирный договор

Лига конференций: Начался матч Араз Нахчыван Омония

Встреча в Вашингтоне: Трамп проигнорировал провокационный вопрос армянского журналиста

Эксперты о давлении Москвы и посредничестве Вашингтона: Баку сделал выбор, и Кремль отвечает так, как умеет Minval Politika

Мир между Баку и Ереваном крайне важен для нацбезопасности США, считает сенатор Стив Дейнс Minval Politika

Зеленский потребовал учесть мнение Европы в диалоге США Россия Minval Politika

Трамп Алиеву: У Вас 9 внуков? Вы великий лидер Minval Politika

Пожар начался в лесном массиве в поселке Суговушан ФОТО

Генсек ООН приветствует встречу лидеров Азербайджана и Армении, которая состоится в США

Наступление России захлебнулось. Что происходит в Сумской области?

Нетаньяху: Трамп не дал прямого ответа по поводу планов в Газе

Американцы показали свой вариант Герани

Лидеры США, Азербайджана и Армении выступают с совместным заявлением

Документы, которые подпишут в Вашингтоне Алиев и Пашинян: Все, что об этом следует знать

Qlobal media Prezident Donald Tramp, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır

Qlobal media Prezident Donald Tramp, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır

Icma.az, со ссылкой на сайт Day.az, информирует.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı Vaşinqtonda keçirilən görüş, liderlərin imzaladığı Birgə Bəyannamə və onların bəyanatları dünyanın nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Reuters" agentliyinin dərc etdiyi geniş məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan cümə günü ABŞ prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə onilliklər davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələri gücləndirəcək və münasibətlərin tam normallaşmasına doğru hərəkət edəcək sülh sazişinin layihəsini imzalayıblar.

Cənubi Qafqazdakı rəqiblər arasında razılaşmanın Tramp administrasiyası üçün mühüm nailiyyət olduğunu qeyd edən agentlik yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə keçirilən imzalanma mərasimində salamlayan Tramp deyib: "Uzun müddətdir, 35 ildir ki, onlar döyüşüblər, indi də dostdurlar və onlar uzun müddət dost olacaqlar".

"Reuters" qeyd edir ki, razılaşmaya ABŞ-ın Cənubi Qafqazdan keçən strateji tranzit dəhlizinə eksklüziv inkişaf hüquqları daxildir ki, bu da Ağ evin qənaətinə görə, enerji və digər resursların ixracını asanlaşdıracaq. Tramp bildirib ki, ABŞ enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün hər bir ölkə ilə ayrı-ayrı müqavilələr imzalayıb. O, Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlərin də aradan qaldırıldığını deyib. Hər iki lider Trampı münaqişənin sona çatmasına kömək etdiyinə görə tərifləyib və onu Nobel Sülh mükafatına namizəd göstərəcəklərini bildirib.

"New York Post" qəzetinin dərc etdiyi "Ermənistan və Azərbaycan çoxdan gözlənilən sülhə imza atdı və Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürdülər" sərlövhəli məqaləsində qeyd olunur ki, Prezident Tramp regionda yeni dəmir yolu ətrafında tikilən sülh sazişini imzalamaq üçün cümə günü Ağ evdə çoxdandır ki, münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycanın liderlərini qəbul etdi, Görüş zamanı liderlər ABŞ Prezidentini Nobel Sülh mükafatına birgə tövsiyə etməyə söz verdilər.

Qəzet qeyd edib: "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" adlandırılan ABŞ-ın inkişaf etdirdiyi tranzit təşəbbüsü Ermənistanın seyrək məskunlaşmış cənubunu keçməklə yanaşı, Azərbaycanın paytaxtı Bakını Naxçıvan anklavı ilə Türkiyəyə birləşdirəcək. "Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev sənədləri imzaladıqları zaman rahat görünüblər, Tramp keçmiş sovet respublikaları arasında gələcək məsələlərdə vasitəçilik etmək üçün könüllü olduğunu bildirib və hər iki lideri tərifləyib", -deyə məqalədə vurğulanıb.

"Euronews" telekanalının saytında dərc olunan "İnanılmaz sülh: Ermənistan və Azərbaycan onilliklər ərzində dvam edən münaqişədən sonra sülhə gəlir" sərlövhəli məqalədə qeyd olunur ki, təxminən dörd onillik davam edən və son vaxtlara qədər sonu görünməyən qanlı münaqişədən sonra bu iki ölkə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzaladılar. İndi Cənubi Qafqazda mərkəzi rol oynamayan Rusiya bu tarixi məqamda nəzərə çarpmır.

Məqalədə deyilir: "Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev 40 ildir davam edən qanlı Qarabağ münaqişəsindən sonra cümə günü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişi imzalayıblar. "Biz bu gün Cənubi Qafqazda sülh bərqərar edirik", - deyən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki,, "bu gün biz böyük bir yeni tarix yazırıq". Ermənistanın Baş naziri Paşinyan əlavə edib ki, bu razılaşma "sülh fəslinin açılmasını" təmsil edir. Tramp isə bildirib: "Ermənistan və Azərbaycan bütün döyüşləri əbədi olaraq bitirmək öhdəliyi götürür".

Yazıda diqqətə çatdırılıb ki, Ermənistan və Azərbaycan "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" adlanan böyük tranzit dəhlizinin yaradılması barədə razılığa gəliblər. O, materik Azərbaycanı və onun müttəfiqi Türkiyə ilə həmsərhəd olan Naxçıvan bölgəsini Ermənistan ərazisi ilə birləşdirəcək. Ağ evin sözçüsü bildirib ki, yeni tranzit dəhlizi "Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və xalqına hörmət etməklə iki ölkə arasında maneəsiz əlaqə yaratmağa imkan verəcək". Bakı üçün bu dəhliz Naxçıvanla birbaşa quru əlaqəni təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı qazancları möhkəmləndirir. Bu, həmçinin Azərbaycanın qlobal miqyasda mühüm nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirir. İrəvan üçün nəqliyyat marşrutu daha geniş ticarət şəbəkələrinə daha da inteqrasiya etmək, onun çökmüş iqtisadiyyatını şaxələndirmək və xarici investisiyaları cəlb etmək imkanı verir. Bu, geosiyasi baxımdan da Ermənistana qonşuları ilə münasibətləri normallaşdırmağa kömək edərdi.

"USA Today" qəzetinin "Tramp Ermənistan və Azərbaycan liderləri ilə sülh yolunda mühüm addım atdı" sərlövhəli məqaləsində bildirilir ki, Prezident Donald Tramp Ermənistan və Azərbaycan liderləri ilə Ağ evdə iki keçmiş sovet respublikası arasında onilliklərlə davam edən müharibəyə son qoyan və regionda kritik nəqliyyat vasitələrini yenidən açan Birgə Bəyannamə imzalayıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki dəfə Respublikaçı prezident olan Prezidenti tərifləyiblər və bir məqamda Trampın səylərinə görə Nobel Sülh mükafatına layiq olduğunu bildiriblər. Onların Birgə Bəyannaməsi iki ölkəni birləşdirən Cənubi Qafqazdan keçən 20 millik multimodal tranzit dəhlizi olan "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu"nu müəyyən edir. Birləşmiş Ştatlar bununla bağlı müstəsna inkişaf hüquqlarına sahib olacaq.

Avropa Şurasının rəsmi xəbər saytında isə "Ermənistan-Azərbaycan: Möhkəm sülhə zəmin yaradan təməl daşı" sərlövhəli material dərc olunub. Diqqətə çatdırılıb ki, Avropa Şurasının Baş katibi Alen Berse aşağıdakı bəyanatla çıxış edib: "Mən 2001-ci ildən Şuranın hər iki üzvü olan ölkələr arasında uzun müddətdir davam edən münaqişənin yekun həllinə yol açan Ermənistan-Azərbaycan sülh sazişinin Vaşinqtonda bu gün paraflanmasını səmimiyyətlə alqışlayıram. Bu inkişaf Cənubi Qafqazda - bütün xalqların rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülh yolunda tarixi bir mərhələdir. Avropa Şurası Ermənistan və Azərbaycan öz ortaq tarixlərinin bu səhifəsini açarkən, onları dəstəkləməyə hazırdır. Mart ayında iki ölkə Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdığını elan edəndə, bu, məni xüsusilə ruhlandırdı. Sülh səyləri hər iki lider üçün daimi müzakirə mövzusu olaraq qalırdı. Mən bu məsələni ilk dəfə keçən il ÇOP münasibətilə Bakıda Prezident Əliyevə ünvanlamışdım və aprel ayında Antalyada keçirilən ikitərəfli görüşdə də davam etdirdim. Hər iki xalqın liderlərini və vətəndaşlarını ədalətli və davamlı sülh yolunda göstərdikləri siyasi iradə, əzm və cəsarətə görə alqışlayıram. Onilliklər boyu davam edən etimadsızlıq, ərazi mübahisələri və humanitar problemlərin aradan qaldırılması hər tərəfdən çətin, lakin zəruri kompromislər tələb edir. Biz hər iki ölkəni təkcə sülhə deyil, həm də etimadın bərpası istiqamətində əllərindən gələni etməyə çağırırıq".

"Global News" nəşrində dərc olunan "Azərbaycan-Ermənistan sülh sazişi ABŞ-a nəqliyyat dəhlizi hüququ verir" sərlövhəli məqalədə qeyd olunur ki, Cənubi Qafqazın iki ölkəsinin liderləri Ağ evdə keçirilən sülh sammitində onilliklərlə davam edən münaqişəyə son qoymağa yönəlmiş saziş imzalamazdan əvvəl əl sıxıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bir araya gətirən ABŞ Prezidenti Donald Tramp, öz növbəsində, onların əllərini sıxıb.

Məqalədə diqqətə çatdırılır ki, Cənubi Qafqazın iki ölkəsi bir-biri ilə və ABŞ ilə əsas nəqliyyat marşrutlarını açacaq sənədlər imzalayıb. Razılaşmaya "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" adlandırılacaq böyük tranzit dəhlizi yaradacaq saziş də daxildir. Tramp cümə günü Ağ evdə deyib ki, marşruta onun adının verilməsi onun üçün böyük şərəfdir, lakin bunu onun özü istəməyib. Administrasiyanın yüksək rütbəli rəsmisi tədbirdən əvvəl jurnalistlərə zəng edərək deyib ki, bu adı ermənilər təklif ediblər.

"ABC News" telekanalının saytında dərc olunan məqalədə qeyd edilir ki, Ağ evdə Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin sülh barədə razılığa gəlməsi tarixi və böyük əhəmiyyət daşıyan hadisədir. ABŞ Prezidenti bildirib ki, liderlər Oval Ofisdə döyüşləri dayandırmaq, ticarəti açmaq və bir-birlərinin suverenliyinə hörmət etmək öhdəliyi götürən sənədlər imzalayıblar. O əlavə edib ki, ABŞ hər iki ölkə ilə enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün ikitərəfli saziş imzalayır.

Məqalədə Trampın sözləri sitat gətirilir: "Bu bəyannamədə mənim adıma tranzit marşrutunun verilməsi şəxsim üçün böyük şərəfdir, Mən bunu istəməmişəm - xüsusi tranzit zonası olan "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" Ermənistanın suverenliyinə tam hörmətlə yanaşaraq Azərbaycana özünün Naxçıvan ərazisinə tam giriş əldə etməyə imkan verəcək. Beləliklə, onlar həqiqətən birlikdə yaşaya və işləyə biləcəklər".

Yazıda vurğulanıb ki, hər iki lider Prezident Trampın Nobel Sülh mükafatına layiq olduğuna inandıqlarını bildiriblər.

"The Washington Post" qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan rəsmilərinin Ağ evdə ABŞ-a strateji tranzit dəhlizinə müstəsna inkişaf hüququ verən sülh sazişi imzalaması mühüm qlobal hadisədir. "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" adlanan pakt Azərbaycanı Ermənistan vasitəsilə Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək və ABŞ-a inkişaf hüququ verən sənəd olacaq. Eyni zamanda, Asiyadan Avropaya quru marşrutunu qısaldan dəhlizdə ABŞ həmin torpaqları infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək. Ümid edilir ki, bu tranzit dəhlizi gələcəkdə döyüşləri dayandıracaq və regionda kommunikasiyaları açacaq.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:29
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 09 Августа 2025 13:56
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Ночная атака Шахедов по Сумщине: повреждена инфраструктура

08 Августа 2025 09:57see299

Турция разработала беспилотный экраноплан нового поколения ВИДЕО

07 Августа 2025 22:27see261

Госдеп не подтверждает ультиматум Трампа Путину о встрече с Зеленским Minval Politika

07 Августа 2025 22:48see252

Чужая среди своих: о клейме на челе Марго Симоньян ТЕМА ДНЯ от Акпера Гасанова

07 Августа 2025 22:51see251

Ильхам Алиев: Вместе с Пашиняном обратимся в Нобелевский комитет по поводу выдвижения Дональда Трампа на премию мира

09 Августа 2025 00:34see235

"Араз Нахчыван" крупно уступил "Омонии" Лига конференций

07 Августа 2025 22:01see211

Белый дом: Азербайджан и Армения подпишут мирный договор

08 Августа 2025 17:34see204

Лига конференций: Начался матч Араз Нахчыван Омония

07 Августа 2025 20:02see199

Встреча в Вашингтоне: Трамп проигнорировал провокационный вопрос армянского журналиста

08 Августа 2025 23:40see181

Эксперты о давлении Москвы и посредничестве Вашингтона: Баку сделал выбор, и Кремль отвечает так, как умеет Minval Politika

09 Августа 2025 10:00see175

Мир между Баку и Ереваном крайне важен для нацбезопасности США, считает сенатор Стив Дейнс Minval Politika

07 Августа 2025 22:34see160

Зеленский потребовал учесть мнение Европы в диалоге США Россия Minval Politika

07 Августа 2025 22:07see157

Трамп Алиеву: У Вас 9 внуков? Вы великий лидер Minval Politika

09 Августа 2025 11:15see154

Пожар начался в лесном массиве в поселке Суговушан ФОТО

07 Августа 2025 22:34see150

Генсек ООН приветствует встречу лидеров Азербайджана и Армении, которая состоится в США

07 Августа 2025 18:15see145

Наступление России захлебнулось. Что происходит в Сумской области?

08 Августа 2025 10:57see135

Нетаньяху: Трамп не дал прямого ответа по поводу планов в Газе

07 Августа 2025 23:01see134

Американцы показали свой вариант Герани

08 Августа 2025 10:43see133

Лидеры США, Азербайджана и Армении выступают с совместным заявлением

09 Августа 2025 00:06see128

Документы, которые подпишут в Вашингтоне Алиев и Пашинян: Все, что об этом следует знать

08 Августа 2025 16:50see128
newsПоследние новости
Самые свежие и актуальные события дня