Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi Pakistanın Baş naziri
Icma.az информирует, ссылаясь на сайт Day.az.
Azərbaycan vaxtilə Ermənistan tərəfindən hücuma məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan və Türkiyədə olan bacı-qardaşlarımız bizi dərhal dəstəklədilər. O da bir alınmaz qala kimi dəstək idi. Əziz qardaşım İlham Əliyev də, bizim azərbaycanlı bacı-qardaşlarımız da eyni qətiyyəti göstərdilər və Pakistanla həmrəy olduqlarını nümayiş etdirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
"Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm", - deyə Məhəmməd Şahbaz Şərif əlavə edib.
Просмотров:116
Эта новость заархивирована с источника 28 Мая 2025 18:10 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
Контакты
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















