Türkiyədə hoteldə baş verən yanğında ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları var? AÇIQLAMA
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
Türkiyənin Bolu vilayətində yerləşən "Kartalkaya" dağ-xizək kurortundakı hoteldə baş verən yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Yanğında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır", - o bildirib.
Xatırladaq ki, "Kartalkaya" dağ-xizək kurortunda yerləşən hoteldə güclü yanğın baş verib.
Yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.
Другие новости на эту тему:
Просмотров:111
Эта новость заархивирована с источника 21 Января 2025 12:49 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















