Zəfər Günü yalnız Azərbaycanın deyil, həm də bütün türk dünyasının qürur günüdür 18 yaşında döyüşə atılan qazi FOTO
По материалам сайта Day.az, передает Icma.az.
Vətən uğrunda vuruşduğum üçün qürur duyuram.
Bunu 8 Noyabr - Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında Masallı rayon sakini qazi Elçin Əliyev deyib.
O bildirib ki, 2020-ci ildə Vətən müharibəsi başlayanda hərbi xidmətini Beyləqan rayonu ərazisində keçirib və müharibənin ilk günlərindən döyüşlərə qatılıb:
"Hərbi xidmətə Masallı rayonundan yola düşmüşdüm. 2020-ci ilin sentyabrın 26-da Füzuli istiqamətinə göndərildik və elə ertəsi gün müharibə başladı. Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Həmin döyüşlərdə yaralandım, amma geri çəkilmədim. O vaxt cəmi 18 yaşım var idi, amma Vətən uğrunda döyüşmək hər şeydən üstün idi".
Gənc qazi qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqı üçün qürur və qələbə rəmzidir:
"Zəfər Günü çox böyük bir tarix, unudulmaz bir hissdir. Zəfər Günü yalnız Azərbaycanın deyil, həm də bütün türk dünyasının qürur günüdür. Bu sevinci bizə yaşadan, başda Ali Baş Komandan olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin bütün qəhrəman heyətinə, şəhidlərimizə, silahdaşlarıma və qazi qardaşlarıma minnətdaram. Vətən müharibəsinin iştirakçısı olmaq, qazanılmış bu şanlı Zəfərdə mənim də az da olsa payımın olması mənə sonsuz qürur verir".
Другие новости на эту тему:
Просмотров:38
Эта новость заархивирована с источника 08 Ноября 2025 11:42 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















