ABŞ Ermənistan ordusunu niyə gücləndirir? | Icma.az
Icma.az сообщает, ссылаясь на сайт Day.az. Müəllif: Elçin Alıoğlu Mənbə: Trend Ermənistan müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri L
Bu görüş, regionda kəskinləşən geosiyasi vəziyyət fonunda ABŞ-nin Ermənistanla əməkdaşlığı genişləndirmək istəyinin açıq bir ifadəsidir.
Lloyd Ostin görüşü "tarixi hadisə" adlandıraraq, ABŞ-nin Ermənistanın müdafiə və təhlükəsizlik sektorlarını gücləndirməkdəki artan rolunu vurğulayıb.
Ancaq bu, yalnızca Ermənistanla ABŞ arasında münasibətlərin dərinləşməsi deyil, həm də regiondakı qüvvələr balansına təsir edən mühüm bir hadisədir.
Görüş zamanı Ermənistan silahlı qüvvələrinin islahatı, təhlükəsizlik məsələləri və Vaşinqton-İrəvan əməkdaşlığının perspektivləri müzakirə olunub.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, "Lloyd Ostin Ermənistanın suverenliyinə dəstəyi bir daha təsdiqləyib və Ermənistan ordusunun islahatlarına yardım etməyə hazır olduğunu bildirib".
Pentaqon tərəfindən son iki il ərzində Ermənistana əhəmiyyətli dəstəyin göstərildiyi vurğulanıb.
Məzkur dəstək çərçivəsində İrəvana ordunun tələbatı üçün zirehli təcili yardım maşınlarının təhvil verilməsi, müasir çağırışlara cavab verə bilən kibertəhlükəsizlik mərkəzinin yaradılmasına dəstək, habelə NATO standartlarına uyğun hərbi kadrların hazırlanması üçün milli təlim mərkəzinin inşasına yardım nəzərdə tutulub.
Tam oxu
Xəbəri oxu