Icma.az
close
up
AZ
Menu

Вернувшимся в Карабах жителям предоставили племенной скот для создания хозяйств

Актера из фильма Дневники принцессы обвинили в обмане пенсионеров

Сотни шляп и десятки очков: в Йеллоустоне установили необычный рекорд

Город в бетоне: где заканчивается строительство и начинается ущерб общественным интересам?

Ильхам Алиев утвердил соглашение об автосообщении с Кыргызстаном

Плющенко ответил на вопрос о переезде сына в Азербайджан

Пользователи Википедии по всему миру жалуются на сбои в работе сервиса

Стив Уиткофф назвал конструктивными переговоры с Путиным

Суд по делу о смертельном поджоге кафе в Сулутепе: заслушаны показания потерпевших

Мецамор на службе Москвы: ядерная угроза Южному Кавказу на фоне СОР 17 ПРОБЛЕМА

Пятьдесят и только новая глава: Тунзаля Агаева отметила юбилей премьерой 100 раз, 1000 раз (ВИДЕО, ФОТО)

Доклад ООН: Мир движется к потеплению на 2,8 градуса

Иоаннис Диамантакос: Азербайджан в будущем может стать более важным баскетбольным центром

Большие планы Трампа

ЕБРР планирует увеличить инвестиции в морской транспорт Азербайджана

Книга о выдающемся казахстанском мыслителе Абише Кекилбаеве издана на азербайджанском языке

Средний коридор дороже и медленнее: логист указала на проблемы маршрута из Китая в Европу

Названа дата первой поставки дизеля из России в США

В Дом музей Джалила Мамедкулизаде поступил редкий экземпляр журнала Мязяли

Ле Пен наращивает отрыв после беспорядков во Франции

ABŞ Ermənistan ordusunu niyə gücləndirir?

ABŞ Ermənistan ordusunu niyə gücləndirir?

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistan müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri Lloyd Ostinlə görüşü İrəvan-Vaşinqton hərbi əməkdaşlığında yeni mərhələ olaraq, həm Cənubi Qafqaz regionunda, həm də qlobal səhnədə ciddi rezonans doğurur. Bu görüş, regionda kəskinləşən geosiyasi vəziyyət fonunda ABŞ-nin Ermənistanla əməkdaşlığı genişləndirmək istəyinin açıq bir ifadəsidir. Lloyd Ostin görüşü "tarixi hadisə" adlandıraraq, ABŞ-nin Ermənistanın müdafiə və təhlükəsizlik sektorlarını gücləndirməkdəki artan rolunu vurğulayıb. Ancaq bu, yalnızca Ermənistanla ABŞ arasında münasibətlərin dərinləşməsi deyil, həm də regiondakı qüvvələr balansına təsir edən mühüm bir hadisədir.

Görüş zamanı Ermənistan silahlı qüvvələrinin islahatı, təhlükəsizlik məsələləri və Vaşinqton-İrəvan əməkdaşlığının perspektivləri müzakirə olunub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, "Lloyd Ostin Ermənistanın suverenliyinə dəstəyi bir daha təsdiqləyib və Ermənistan ordusunun islahatlarına yardım etməyə hazır olduğunu bildirib".

Pentaqon tərəfindən son iki il ərzində Ermənistana əhəmiyyətli dəstəyin göstərildiyi vurğulanıb. Məzkur dəstək çərçivəsində İrəvana ordunun tələbatı üçün zirehli təcili yardım maşınlarının təhvil verilməsi, müasir çağırışlara cavab verə bilən kibertəhlükəsizlik mərkəzinin yaradılmasına dəstək, habelə NATO standartlarına uyğun hərbi kadrların hazırlanması üçün milli təlim mərkəzinin inşasına yardım nəzərdə tutulub.

Görüş zamanı xüsusi diqqət ABŞ-nin Kanzas ştatının Milli Qvardiyasına yönəldilib. Ostin qeyd edib ki, "qurum Ermənistan ordusunun islahatlarına aktiv dəstək verir". Pentaqon rəhbəri Suren Papikyanın ABŞ-yə səfərini "ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm siqnal" hesab etdiyini bəyan edəndən sonra , "Ermənistan ordusunun islahatlarının gələcəyi, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh imkanları barədə müzakirələrə ümidini" ifadə edib.

Pentaqondakı görüş və müzakirələr təbii ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olunmasına töhfə verən məqam sayıla bilməz. Çünki Birləşmiş Ştatların dəstəyi ilə Ermənistanda həyata keçirilən hərbi islahatlar "İrəvanın təhlükəsizliyini gücləndirmək cəhdi" kimi yox, regionun hərbiləşdirilməsi elementlərindən biri kimi qəbul olunur.

Vaşinqtonun Ermənistanın müdafiə siyasətinə artan təsirinin əsas məqsədi Rusiyanın mövqelərini zəiflətməkdir. Bu, xüsusilə Moskvanın Ukraynadakı münaqişə ilə məşğul olduğu bir vaxtda onun Cənubi Qafqazdakı nüfuzunun azalması fonunda daha da kəskin hiss olunur. ABŞ-nin Ermənistana yanaşması ilə Ukraynadakı münaqişə öncəsi tətbiq etdiyi strategiya arasında paralellər aparmaq da mümkündür. Ukrayna münaqişəsindən əvvəl də ABŞ geniş hərbi yardım göstərmiş, personalın hazırlığına diqqət yetirmiş və Kiyevin suverenliyinə dəstəyini bəyan etmişdi. Bu yanaşma nəticədə gərginliyin artmasına və genişmiqyaslı silahlı qarşıdurmaya səbəb olmuşdu.

Ermənistanla bağlı oxşar ssenari müşahidə olunur. ABŞ-nin artan hərbi əməkdaşlığı və suverenlik müdafiəsi ilə bağlı ritorikası regiondakı ziddiyyətləri gücləndirir. Bunun uzunmüddətli nəticələri sual doğurur, çünki Cənubi Qafqaz artıq yeni bir qeyri-sabitlik dövrünün astanasındadır. ABŞ-nin fəaliyyəti gərginliyi azaltmaq əvəzinə, yeni bir silahlanma yarışını və daha mürəkkəb geosiyasi vəziyyəti təşviq edə bilər. Belə bir şəraitdə, hər bir səhv region üçün fəlakətli nəticələr doğura bilər.

Ümumiyyətlə, ABŞ Ermənistana təhlükəsizlik sahəsindəki gücünü artırmaq məqsədilə son illərdə mühüm maliyyə dəstəyi göstərməkdədir. 2018-ci ildən bəri Ermənistan müxtəlif hərbi yardım proqramları çərçivəsində Birləşmiş Ştatlardan 120 milyon dollardan çox maliyyə alıb. "Yardım" çərçivəsində Vaşinqton İrəvana müasir hərbi-texniki avadanlıqlar, rabitə texnologiyaları təqdim edir və logistik dəstəyi yeniləyir. Bundan başqa, Ermənistan hərbçiləri üçün hər il NATO standartlarına uyğun təlimlər təşkil olunur. ABŞ-nin xüsusilə taktiki və strateji biliklərin artırılmasına yönəlmiş dəstəyi Ermənistan ordusunun peşəkarlığını əhəmiyyətli dərəcədə artırır.

Son illərdə ABŞ Ermənistanı qlobal kibertəhlükələrə qarşı müttəfiq kimi görərək, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət ayırır. Bu əməkdaşlıq çərçivəsində 12 milyon dollar dəyərində maliyyələşdirilmiş Kiberəməliyyatlar Mərkəzi yaradılıb. Sözügedən mərkəz əsasən kiberhücumların monitorinqi və qabaqcıl müdafiə texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması (illik təxminən 200 ekspert) və kritik infrastrukturun, o cümlədən enerji və telekommunikasiya sektorlarının qorunması strategiyalarının hazırlanması ilə məşğuldur.

ABŞ Ermənistanın potensialını artırmaq üçün infrastruktur layihələrinə də əhəmiyyətli dəstək verir. Ən iri layihələrdən biri 2021-ci ildə 25 milyon dollar dəyərində ABŞ maliyyəsi ilə inşa edilmiş Milli Təlim Mərkəzidir. Bu mərkəz Ermənistan hərbçilərinin NATO standartlarına uyğun hazırlanması, ABŞ müttəfiqləri ilə birgə təlimlərin keçirilməsi və regionun xüsusiyyətlərinə uyğun yeni təlim proqramlarının hazırlanması ilə məşğuldur.

Ermənistan-Amerika əməkdaşlığının vacib istiqamətlərindən biri də tibbi infrastrukturun gücləndirilməsidir. 2023-cü ildə ABŞ, Ermənistanın tibbi təsisatlarının modernləşdirilməsi üçün 7 milyon dollar sərf edib.

Xatırladaq ki, Vaşinqton Cənubi Qafqazdakı strategiyası çərçivəsində Ermənistana dəstəyi dəfələrlə vurğulayıb. Məsələn, ABŞ-nin İrəvandakı səfiri Linn Treysi qeyd etmişdi: "Ermənistan regionda demokratik dəyərlərin və sabitliyin irəlilədilməsi üçün əsas tərəfdaşdır".

ABŞ-nin gələcək planlarına Ermənistana maliyyə yardımının artırılması daxildir. Həmin bu yardımların büdcəsinin 30% artırılması ilə bağlı ABŞ Konqresindən sorğu göndərilib.

Təbii ki, ABŞ-nin Ermənistana fəal dəstəyi Moskvada və Tehranda narahatlıq yaradır. Rusiya və İran bu siyasəti Cənubi Qafqazda ABŞ təsirini gücləndirmək cəhdi kimi qiymətləndirərək, onu tənqid edir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib: "ABŞ-nin destruktiv addımları regionda qüvvələr balansını pozur və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olur".

Şübhə yoxdur ki, ABŞ-nin Ermənistana dəstəyi Vaşinqtonun regionda mövqelərini gücləndirmək istiqamətindəki strateji maraqlarını əks etdirir. Hərbi, infrastruktur və kibertəhlükəsizlik sahəsindəki yardımlar bu əməkdaşlığın əsas aspektlərini təşkil edir. Lakin bu siyasət regionda gərginliyi artırır və Ermənistanı geosiyasi mübarizənin mərkəzinə çevirir.

Çünki ABŞ-nin hərbi dəstəyi Ermənistanı Azərbaycanla Zəngəzur dəhlizi və digər ərazi mübahisələri ilə bağlı aqressiv və radikal addımlara təhrik edə bilər. Eyni zamanda ABŞ-nin regiondakı fəallığı Moskvanın ənənəvi dominantlığını sarsıdır və Cənubi Qafqazı yeni bir geosiyasi mübarizə meydanına çevirir. Vaşinqtonun tətbiq etdiyi islahat siyasəti Ermənistanın ABŞ-dən iqtisadi və hərbi asılılığını artırır, bu da onun qonşularla münasibətlərində manevr imkanlarını məhdudlaşdırır.

Yaranan risklər isə bəllidir.

Ermənistanın NATO standartlarına keçidi regionun sabitliyinə təhdid kimi qiymətləndirilir. ABŞ dəstəyi ilə yaradılan kiberəməliyyatlar mərkəzinin mümkün istiqamətləri və qonşu ölkələr üçün riskləri sual doğurur. ABŞ-nin Ermənistanın suverenliyinə dəstək bəyanatları Azərbaycanın mövqelərinə qarşı təzyiq kimi qəbul edilir.

ABŞ və Ermənistan arasındakı əməkdaşlığın dərinləşməsi Cənubi Qafqazda mühüm dəyişikliklərin katalizatoruna çevrilə bilər. Amma bu dinamika yalnız imkanlar deyil, həm də regionun geosiyasi sabitliyinə və qüvvələr balansına təsir edə biləcək ciddi problemlərə səbəb olduğundan Vaşinqton yaşananların hansı perspektivlər vəd etdiyini bir daha dəyərləndirməlidir.

Əsas narahatlıq doğuran məsələlərdən biri, ABŞ-nin dəstəyi ilə Ermənistanın öz maraqlarını, o cümlədən hərbi yolla daha fəal şəkildə irəlilətmək istəməsi ehtimalıdır. Azərbaycanla davam edən mübahisələr və möhkəm sülh razılaşmasının olmaması bu cür addımların mövcud münaqişələrin eskalasiyasına gətirib çıxara biləcəyini əsla istisna etmir.

ABŞ-nin Ermənistanda artan fəallığı Vaşinqton və Moskva arasındakı daha geniş geosiyasi rəqabətin bir hissəsidir. Cənubi Qafqaz uzun müddət Rusiyanın maraq dairəsində olub və o, regiondakı münaqişələrdə əsas vasitəçi rolunu oynayıb. ABŞ-nin təsirinin artması Ermənistan müdafiə naziri Suren Papikyanın Vaşinqtona səfəri və Pentaqon rəhbəri Lloyd Ostinlə görüşü kimi hadisələr bu rəqabəti daha da gücləndirir. Bu, Rusiyanı daha sərt reaksiya göstərməyə məcbur edə bilər ki, nəticədə region Qərb və Moskva arasındakı qarşıdurmanın yeni "qaynar nöqtəsinə" çevrilə bilər.

Bəhs olunan ehtimal isə təbii ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasına qarşı yönəlmiş ciddi təhdid sayıla bilər.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:267
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 07 Декабря 2024 12:14
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Вернувшимся в Карабах жителям предоставили племенной скот для создания хозяйств

21 Октября 2026 15:53see204

Актера из фильма Дневники принцессы обвинили в обмане пенсионеров

21 Октября 2026 13:33see201

Сотни шляп и десятки очков: в Йеллоустоне установили необычный рекорд

21 Октября 2026 19:01see200

Город в бетоне: где заканчивается строительство и начинается ущерб общественным интересам?

21 Октября 2026 21:11see198

Ильхам Алиев утвердил соглашение об автосообщении с Кыргызстаном

21 Октября 2026 17:14see195

Плющенко ответил на вопрос о переезде сына в Азербайджан

21 Октября 2026 21:28see193

Пользователи Википедии по всему миру жалуются на сбои в работе сервиса

21 Октября 2026 21:02see192

Стив Уиткофф назвал конструктивными переговоры с Путиным

21 Октября 2026 21:11see182

Суд по делу о смертельном поджоге кафе в Сулутепе: заслушаны показания потерпевших

21 Октября 2026 17:14see181

Мецамор на службе Москвы: ядерная угроза Южному Кавказу на фоне СОР 17 ПРОБЛЕМА

21 Октября 2026 20:05see179

Пятьдесят и только новая глава: Тунзаля Агаева отметила юбилей премьерой 100 раз, 1000 раз (ВИДЕО, ФОТО)

21 Октября 2026 17:59see178

Доклад ООН: Мир движется к потеплению на 2,8 градуса

21 Октября 2026 18:17see177

Иоаннис Диамантакос: Азербайджан в будущем может стать более важным баскетбольным центром

21 Октября 2026 18:36see176

Большие планы Трампа

21 Октября 2026 20:37see176

ЕБРР планирует увеличить инвестиции в морской транспорт Азербайджана

21 Октября 2026 12:38see174

Книга о выдающемся казахстанском мыслителе Абише Кекилбаеве издана на азербайджанском языке

21 Октября 2026 16:16see174

Средний коридор дороже и медленнее: логист указала на проблемы маршрута из Китая в Европу

21 Октября 2026 13:37see173

Названа дата первой поставки дизеля из России в США

21 Октября 2026 13:28see172

В Дом музей Джалила Мамедкулизаде поступил редкий экземпляр журнала Мязяли

21 Октября 2026 20:58see170

Ле Пен наращивает отрыв после беспорядков во Франции

21 Октября 2026 18:21see168
newsПоследние новости
Самые свежие и актуальные события дня