Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Müəllif: Elçin Alıoğlu Mənbə: Trend "Ermənistan Azərbaycanla kommunikasiya xətlərinin açılmasına hazırdır və bu prosesi sülh sazişinin imzalanması ilə əlaqələndirmir".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belə deyib.
A.Mirzoyan daha əvvəl Antalyada türkiyəli və azərbaycanlı həmkarları ilə keçirdiyi danışıqların tərəflərin mövqelərini daha aydınlaşdırmağa imkan verdiyini bildirmişdi.
Xatırladaq ki, İrəvan və Bakı sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar.
Tərəflərin razılığa gəldiyi son iki bənd üçüncü ölkələrin qoşunlarının şərti dövlət sərhədi boyunca yerləşdirilməməsi və beynəlxalq məhkəmə instansiyalarında qarşılıqlı iddialardan imtina ilə bağlı olub.
Eyni zamanda, Azərbaycan, sazişin imzalanması üçün Ermənistanın Konstitusiyasını dəyişməyi və ATƏT-in Minsk Qrupunun buraxılmasını tələb etməyə davam edir.
Sadalanan məqamlardan dolayı Ararat Mirzoyanın Azərbaycanla sülh sazişi imzalanmadan kommunikasiya xətlərini açmağa hazır olduqlarını bəyan etməsi Cənubi Qafqaz diplomatik şahmat lövhəsində növbəti dramatik gediş oldu.