Icma.az
close
up
AZ
Menu

Перечислены вредные привычки владельцев ноутбуков

У резиденции премьера Албании произошли столкновения с полицией

LIVE: Сабах и Боруссия пытаются быстро забить

Стали известны результаты новой экспедиции по поиску самолета Амелии Эрхарт

Кибербезопасность и геополитические риски повышают требования к комплаенсу в телеком секторе

В Азербайджане в прошлом году почти у 3 тыс. человек выявлен рак молочной железы

Подземка теряет пассажиров

Азербайджан призвал ООН сыграть более активную роль в вопросе пропавших без вести лиц

МИД предупреждает граждан в связи с беспорядками во Франции

Фестиваль плова, выставки и праздничный концерт: в Зангилане проходят торжества по случаю Дня города

Пожар в многоэтажке в Баку, жителей эвакуировали ФОТО

В Азербайджане на установку солнечных панелей выделен льготный кредит на 210 тыс. манатов

Гюльнара Халилова представила национальные традиции Азербайджана на Bursa Fashion Week ФОТО

Одна ошибка и под колёсами автомобиля: эксперт предупредил пользователей самокатов в Баку

Фиаско Макрона: Франция расплачивается за политические просчеты Экспертные мнения на

SpaceX увеличила квартальную выручку на 161% в годовом выражении

На Егора Крида наставили оружие и заковали в наручники в Лос Анджелесе

Зия Раджабов: Надеюсь, Туран сможет сказать свое слово и в Загребе

Принц Гарри выразил желание помириться с отцом и братом

Молимся найти хотя бы останки: в Брюсселе прозвучал призыв семей пропавших азербайджанцев

Ararat Mirzoyan, siyasət oyuncaq deyil

Ararat Mirzoyan, siyasət oyuncaq deyil

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

"Ermənistan Azərbaycanla kommunikasiya xətlərinin açılmasına hazırdır və bu prosesi sülh sazişinin imzalanması ilə əlaqələndirmir".

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belə deyib.

A.Mirzoyan daha əvvəl Antalyada türkiyəli və azərbaycanlı həmkarları ilə keçirdiyi danışıqların tərəflərin mövqelərini daha aydınlaşdırmağa imkan verdiyini bildirmişdi.

Xatırladaq ki, İrəvan və Bakı sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılığa gəldiyi son iki bənd üçüncü ölkələrin qoşunlarının şərti dövlət sərhədi boyunca yerləşdirilməməsi və beynəlxalq məhkəmə instansiyalarında qarşılıqlı iddialardan imtina ilə bağlı olub. Eyni zamanda, Azərbaycan, sazişin imzalanması üçün Ermənistanın Konstitusiyasını dəyişməyi və ATƏT-in Minsk Qrupunun buraxılmasını tələb etməyə davam edir. Sadalanan məqamlardan dolayı Ararat Mirzoyanın Azərbaycanla sülh sazişi imzalanmadan kommunikasiya xətlərini açmağa hazır olduqlarını bəyan etməsi Cənubi Qafqaz diplomatik şahmat lövhəsində növbəti dramatik gediş oldu. Bu, İrəvanın prosesi çərçivəsindən çıxarmaq və nəticəsini - hərtərəfli və hüquqi baxımdan məcburi sülhü - dumanlandırmaq cəhdlərinin birincisi deyil. Amma region konstitusion revanşizm və institusional sabotaj şəraitində "qismən sülh" lüksünə sahib ola bilərmi?

Yeni bəyanatın Antalyadakı danışıqlardan sonra səslənməsi təsadüfi deyil. A.Mirzoyanın Türkiyə və Azərbaycan xarici işlər nazirləri ilə görüşdüyü Antalya diplomatik üçbucağın - tarix fobiyaları və geosiyasi intriqaların girovuna çevrilmiş bir konstruksiyanın - yenidən yüklənməsi üçün ilk cəhd idi. "Daha çox qarşılıqlı anlaşma" haqda dedikləri 13 martda yayılan əhəmiyyətli xəbərin fonunda səsləndi: Bakı və İrəvan sülh sazişinin mətni üzrə danışıqları başa çatdırdı. İki sonuncu bənd - üçüncü ölkələrin qoşunlarının sərhəddə yerləşdirilməməsi və beynəlxalq məhkəmələrə qarşılıqlı iddialardan imtina - Azərbaycan üçün diplomatik qələbə olaraq sənədə daxil edildi.

Fəqət sülh sazişi imzalanmadan kommunikasiya açmaq təklifi - arabani atın qabağına qoymaq kimidir - sülh sazişinin hüquqi və məntiqi konstruksiyasını təhlükə altına qoyur. Bəs niyə İrəvan bu cür dolayısı manevrlərə gedir? Bu "hazırlıq" arxasında sistemli öhdəliklərdən yayınmaq cəhdi gizlənmir ki?

Sazişdə yer alan əsas bəndlərdən ikisi Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Birincisi, üçüncü ölkələrin hərbi kontingentlərinin yerləşdirilməsinə qoyulan yasaq - bu, ilk növbədə Rusiya və İrana yönəlmiş mesajdır. Məqsəd, Ermənistanın xarici güclərdən struktur asılılığını aradan qaldırmaq və real ikitərəfli sülh memarlığı yaratmaqdır. İkincisi, beynəlxalq məhkəmələrə iddialardan imtina - diplomatik sabotajlara qarşı süzgəc rolunu oynayır. İrəvan son illərdə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayətlərdən tutmuş "qarabağlı ermənilərə qarşı mədəni soyqırımı" kimi sərsəm ittihamlarına qədər hüquqi spekulyasiyalara meyilli olduğunu dəfələrlə göstərib. Bu praktikanın istisna olunması emosiyalardan faktlara əsaslanan siyasətə keçidi təmin edir.

Bakı bəhs olunan nüanslarla kifayətlənmək fikrində deyil.

Rəsmi Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir - xüsusilə onun giriş hissəsində qeyd olunan "Arsaxla birləşmə" kimi aqressiv, işğalçı mahiyyətli, təhlükəli bir hədəfi. u ifadə təkcə arxaik deyil, həm də sülh sazişinin bütün məntiqini hüquqi baxımdan sarsıdır. Eyni zamanda, artıq legitimliyini itirmiş, lakin hələ də erməni siyasi elitləri tərəfindən revanşın və beynəlxalq müdaxilənin simvolu kimi saxlanılan ATƏT-in Minsk qrupunun rəsmi buraxılması tələb olunur.

Bəs sülh olmadan kommunikasiya xətləri açılsa, bu, sabitlik gətirəcəkmi?

Sadəcə, ilk öaxışda - ola bilər. Region iqtisadi blokadadan əziyyət çəkir: Asiya İnkişaf Bankının (ADB) məlumatına görə, Cənubi Qafqaz illik 4,2 milyard dollar logistik itki verir. Zəngəzur dəhlizinin potensialı ildə 25 milyon ton yük daşımaya qədərdir və bu dəhliz təkcə Azərbaycanla Naxçıvanı deyil, Türkiyə ilə Xəzər sahillərini birləşdirə bilər. Amma təhlükəsizlik mexanizmləri olmadan istənilən qatar hədəfə çevrilə, istənilən razılaşma isə kağız üzərində qala bilər.

İrəvanda artıq belə səslər yüksəlir ki, dəhlizlər "güzəşt" deyil, "faydalanmaq imkanıdır" və bu zaman Qarabağla bağlı siyasi iddialardan imtina edilmir. Məhz bu ikili oyunu Bakı birdəfəlik ortadan qaldırmaq istəyir.

Regionda güc mərkəzlərinin mövqeyi aydındır. Türkiyə Bakının mövqeyini açıq şəkildə dəstəkləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, sülh sazişi infrastruktur layihələrindən əvvəl imzalanmalıdır, əks halda bütün səylər mənasızdır.

Rusiya gözləmə mövqeyindədir, ancaq Zəngəzur onun üçün strateji əhəmiyyət daşıyır. Moskva Qərbdən artan təcrid fonunda regionda kommunikasiya üzərində nəzarəti saxlamaq istəyir. İran sözügedən layihə ilə bağlı "qırmızı cizgilər"ini və "narahatlığı"nı dəfələrlə bəyan etsə də, son zamanlar ritorikasını yumşaldıb - çünki Naxçıvan üzərindən tranzit imkanları, xüsusilə sanksiya şəraitində Tehrana iqtisadi dividentlər vəd edir. Avropa İttifaqı və xüsusilə Fransa isə "mərhələli yanaşma"da israr edir, əslində isə nəqliyyat və siyasi proseslərin ayrılmasını dəstəkləyir - bu isə İrəvanın maraqlarına xidmət edir. Beləliklə, Brüssel növbəti dəfə sülhün yox, onun təxirə salınmasının tərəfini tutur.

İrəvan Azərbaycanın iştirakı ilə kommunikasiya xətlərini açmağa hazır olduğunu bildirir, lakin sülh müqaviləsi olmadan. Yəni qorxu ilə şantaj arasında barraj vuraraq...

Erməni tərəfinin kommunikasiya yollarının açılmasını sülh sazişindən ayırmaq cəhdi təkcə taktiki manevr deyil, həm də daxili qorxunun təzahürüdür. Bu, həm məğlubiyyətin rəsmiləşdirilməsinə, həm illərlə formalaşdırılmış milli mifdən imtinaya, həm də "milli maraqlara xəyanətə" görə siyasi cəza qorxusuna bağlıdır. Ermənistanda sülhsüz dəhlizlərin açılması "praqmatik yanaşma" kimi təqdim olunur - guya "qoy yüklər getsin, amma gələcək iddialar hüququmuz qalır". Bu cür mövqe hakim elitanın küçə müxalifəti, Qərbyönlü elektorat və Moskvaya ehtiyatlı sadiq qalmış hərbi elita arasında manevr etməsinə imkan verir. Lakin əslində bu "praqmatizm" deyil, geosiyasi fırıldaqçılıqdır - iki taxtada oynamaq cəhdi və Ermənistanın müharibədən sonrakı regional düzəni qəbul etmək qabiliyyətinə malik olmadığını gizlətməkdir.

Tarixi paralellər burada çox aydın görünür: Bakı ilə İrəvan arasında hansı tip sülh qurulur - güclərin balansı, yoxsa maraqların?

Azərbaycan 1815-ci il Vyana modelinə yaxınlaşmağa çalışırsa - sabit güc balansı və revanşizmdən imtina, Ermənistan elitası 1919-cu il Versal modelinə meyillidir - gecikdirilmiş, lakin içində partlayış potensialı olan sülh. Siyasi institutlar tərəfindən törədilən təhdidlər aradan qaldırılmadan kommunikasiya yollarının açılması - minalanmış sahə üzərindən avtomagistral keçirmək kimidir. Revanşist ritorikanın mənbələri (Ermənistan Konstitusiyası, ATƏT-in Minsk Qrupunun qalıqları, beynəlxalq iddialar üçün hüquqi mexanizmlər) neytrallaşdırılmadan nəqliyyat və ya diplomatik əlaqə heç vaxt təhlükəsiz olmayacaq.

Bu fonda iqtisadiyyat, ticarət və dəhlizlərin taleyi - təxirə salınmış sülhün real qiymətinə çevrilir.

Cənubi Qafqaz bu gün əldən verilmiş imkanlar regionudur. Dünya Bankının 2023-cü il hesabatına görə, Azərbaycan, Ermənistan, Türkiyə və İran arasında nəqliyyat marşrutlarının açılması regionun ÜDM-ni hər il 2,5-3% artırmaq potensialına malikdir. Zəngəzur dəhlizi ilə bağlı proqnozlar isə belədir: 7,5 milyard ABŞ dolları məbləğində logistik və gömrük infrastrukturuna potensial investisiyalar; Azərbaycan ilə Naxçıvan arasında ticarət dövriyyəsinin 8 dəfə artması; Çinlə Avropa arasında yükdaşıma xərclərinin Zəngəzur və Türkiyə üzərindən alternativ cənub marşrutu ilə 30% azalması. Lakin siyasi zəmanət olmadan bu rəqəmlər virtual aktivlərə çevrilir. Kağız üzərində sabitlik real həyatda sülhün əvəzi deyil.

Ekspert rəyləri də bunu təsdiqləyir.

"Carnegie Europe"un əməkdaşı professor Tomas de Vaalın sözlərinə görə, "kommunikasiyaların işləməsinin yeganə zəmanəti - yatmış münaqişələrə və hüquqi minalara yer qoymayan davamlı siyasi memarlıqdır".

Türkiyəli ekspert Hakan Yavuz da bu fikirlə razıdır: "Azərbaycan nəinki nəqliyyat əlaqəliliyini, həm də gələcək onilliklər üçün hüquqi sakitliyi təmin etmək istəyir. Bu isə Ermənistan Konstitusiyasının reviziyası olmadan mümkünsüzdür."

Rusiyalı analitiklər isə xəbərdarlıq edirlər: "İrəvanın iqtisadiyyatı siyasətdən ayırmaq cəhdi - Pridnestrovyedə olduğu kimi, donmuş, lakin partlamağa hazır münaqişəyə qayıdış deməkdir."

Azərbaycanın mövqeyi ardıcıl olaraq qalır və bəzi ritorikalara baxmayaraq, heç də ultimativ xarakter daşımır. Bakı təslimiyyət tələb etmir - o, dürüstlük tələb edir. Onsuz hər hansı açılan yol qapalı niyyətlərin girovuna çevrilə bilər.

Ararat Mirzoyanın bəyanatı xoş niyyətin ifadəsi deyil, etibarın sınanmasıdır. Orada sülhə hazırlıq yox, coğrafiyadan qazanc əldə etməyə, lakin tarixin hesablarını ödəmədən faydalanmağa cəhd var. Lakin Bakıda bunu çox yaxşı anlayırlar: siyasi sülh olmadan nəqliyyat sıçrayışı - yeyilə bilməyən geosiyasi halvadır.

İndi təmas xəttini birləşdirici xəttə çevirmək üçün son şansdır. Amma bu, yalnız o zaman mümkün olacaq ki, son nöqtə qoyulsun - bütünlüklə, hüquqi baxımdan məcburi olan sülh sazişinə imza atılsın.

Şərtsiz.

"Amma"sız.

Revanşsız.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:139
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 17 Апреля 2025 11:37
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Перечислены вредные привычки владельцев ноутбуков

20 Октября 2026 03:46see204

У резиденции премьера Албании произошли столкновения с полицией

21 Октября 2026 01:26see200

LIVE: Сабах и Боруссия пытаются быстро забить

20 Октября 2026 20:54see196

Стали известны результаты новой экспедиции по поиску самолета Амелии Эрхарт

20 Октября 2026 07:02see193

Кибербезопасность и геополитические риски повышают требования к комплаенсу в телеком секторе

20 Октября 2026 12:48see192

В Азербайджане в прошлом году почти у 3 тыс. человек выявлен рак молочной железы

20 Октября 2026 12:03see178

Подземка теряет пассажиров

20 Октября 2026 13:00see177

Азербайджан призвал ООН сыграть более активную роль в вопросе пропавших без вести лиц

21 Октября 2026 05:16see172

МИД предупреждает граждан в связи с беспорядками во Франции

20 Октября 2026 22:54see172

Фестиваль плова, выставки и праздничный концерт: в Зангилане проходят торжества по случаю Дня города

20 Октября 2026 15:56see170

Пожар в многоэтажке в Баку, жителей эвакуировали ФОТО

20 Октября 2026 23:30see168

В Азербайджане на установку солнечных панелей выделен льготный кредит на 210 тыс. манатов

20 Октября 2026 13:58see166

Гюльнара Халилова представила национальные традиции Азербайджана на Bursa Fashion Week ФОТО

20 Октября 2026 16:07see165

Одна ошибка и под колёсами автомобиля: эксперт предупредил пользователей самокатов в Баку

21 Октября 2026 05:00see160

Фиаско Макрона: Франция расплачивается за политические просчеты Экспертные мнения на

20 Октября 2026 21:47see159

SpaceX увеличила квартальную выручку на 161% в годовом выражении

21 Октября 2026 02:46see158

На Егора Крида наставили оружие и заковали в наручники в Лос Анджелесе

20 Октября 2026 03:00see158

Зия Раджабов: Надеюсь, Туран сможет сказать свое слово и в Загребе

20 Октября 2026 23:13see157

Принц Гарри выразил желание помириться с отцом и братом

21 Октября 2026 02:00see149

Молимся найти хотя бы останки: в Брюсселе прозвучал призыв семей пропавших азербайджанцев

21 Октября 2026 03:00see148
newsПоследние новости
Самые свежие и актуальные события дня