Согласно сайту Day.az, передает Icma.az. Təhsilin bütün sahələrində müəllimlərlə bağlı aparılan islahatlar müəssisələrdə təhsil keyfiyyətini
Orta məktəb müəllimlərinin sertifikasiyaya cəlb edilməsi, həm şagirdlər üçün, həm də elə müəllimlərin özləri üçün müsbət haldır.
Növbəti mərhələdə isə bağça müəllimlərinin də sertifikasiya imtahanına cəlb edilməsi gündəmdə olan məsələlərdəndir.
Sertifikasiyadan uğurla keçən müəllim həm sabah üçün savadlı kadr yetiştirərək gələcəyə töhfə verir, həm də əmək haqqına əlavələrin edilməsi ilə öz sosial rifahının yaxşılaşması üçün şərait yaradır.
Maraqlıdır, bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi bu sistemdə nələri dəyişəcək və inkişaf baxımdan gələcək üçün nə vəd edir?
Mövzu ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, məktəbəqədər təhsil uşağın həyatında həlledici bir mərhələdir: "Erkən yaşlarda öyrənilən bilik və bacarıqlar, formalaşan sosial vərdişlər gələcəkdə onun akademik uğurlarına, dünyagörüşünə və şəxsiyyətinin inkişafına birbaşa təsir edir.
Lakin uzun illərdir bağça müəllimlərinin peşəkarlıq səviyyəsini ölçən sistemli bir mexanizmin olmaması bu sahədə ciddi problemlərə yol açıb.
Bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi bu boşluğu doldurmaqla təhsil sistemində mühüm dəyişikliklər yaradacaq.