Icma.az
close
up
AZ
Menu

Побег иранских дипломатов на Запад наш комментарий

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

Иран опроверг сообщения о тысячах погибших в ходе подавления протестов

Двое из ларца

Авианосная группа на подходе: США стягивают силу к Ирану

Патриарх Кирилл назвал рождение Путина чудом Божиим Minval Politika

Вице спикер парламента Армении: Мы хотим открытые границы и дипотношения с Турцией

Давос 2026. Дух диалога или приговор старому миру?

В Азербайджане усилен контроль за деятельностью специальных судебных исполнителей

Мэри Трамп потребовала от Европы решительных действий против своего дяди Minval Politika

При взрыве на заводе в Китае погибли два человека, еще 66 ранены

Прогресс в армяно турецких отношениях поможет нормализации отношений между Арменией и Азербайджаном Рубинян

В Евлахском районе жители вынуждены ходить за питьевой водой за 2 километра

Вице премьер Узбекистана: Будут использованы зеркальные меры в отношении Таджикистана

Пропавший с радаров самолет нашли на вершине горы в Индонезии

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

Сенегал 1 0 Марокко: хаос, драма и полное безумие в финале Кубка Африки ФОТО ВИДЕО

Скандальный финал: матч Марокко Сенегал завершился после долгих пауз

Bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi sistemdə nələri dəyişəcək?

Bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi sistemdə nələri dəyişəcək?

Согласно сайту Day.az, передает Icma.az.

Təhsilin bütün sahələrində müəllimlərlə bağlı aparılan islahatlar müəssisələrdə təhsil keyfiyyətinin artmasında müsbət rol oynayır. Orta məktəb müəllimlərinin sertifikasiyaya cəlb edilməsi, həm şagirdlər üçün, həm də elə müəllimlərin özləri üçün müsbət haldır.

Növbəti mərhələdə isə bağça müəllimlərinin də sertifikasiya imtahanına cəlb edilməsi gündəmdə olan məsələlərdəndir. Sertifikasiyadan uğurla keçən müəllim həm sabah üçün savadlı kadr yetiştirərək gələcəyə töhfə verir, həm də əmək haqqına əlavələrin edilməsi ilə öz sosial rifahının yaxşılaşması üçün şərait yaradır.

Maraqlıdır, bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi bu sistemdə nələri dəyişəcək və inkişaf baxımdan gələcək üçün nə vəd edir?

Mövzu ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, məktəbəqədər təhsil uşağın həyatında həlledici bir mərhələdir:

"Erkən yaşlarda öyrənilən bilik və bacarıqlar, formalaşan sosial vərdişlər gələcəkdə onun akademik uğurlarına, dünyagörüşünə və şəxsiyyətinin inkişafına birbaşa təsir edir. Lakin uzun illərdir bağça müəllimlərinin peşəkarlıq səviyyəsini ölçən sistemli bir mexanizmin olmaması bu sahədə ciddi problemlərə yol açıb. Bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi bu boşluğu doldurmaqla təhsil sistemində mühüm dəyişikliklər yaradacaq. Sertifikasiya ilk növbədə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək məqsədi daşıyır. Müəllimin uşaq psixologiyasını, pedaqogikanın əsas prinsiplərini, erkən yaş dövrünün inkişaf xüsusiyyətlərini bilməsi, eyni zamanda, müasir metodik yanaşmalardan istifadə etməsi məktəbəqədər təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Bu proses müəllimlərin sadəcə iş təcrübəsinə deyil, həm də onların bilik səviyyəsinə əsaslanan obyektiv bir qiymətləndirmə modelini tətbiq edəcək. Beləliklə, bağçalar yalnız uşaqlara baxıcılıq edilən bir məkan olmaqdan çıxaraq, onların erkən yaş təhsilinin əsasını qoyan peşəkar müəssisələrə çevriləcək".

Ekspert qeyd edib ki, bu islahat, eyni zamanda bağçalarda çalışan müəllimlərin davamlı inkişafını stimullaşdıracaq:

"Sertifikasiyadan uğurla keçmək istəyən müəllimlər öz üzərində daha çox çalışacaq, yeni pedaqoji yanaşmaları mənimsəməyə maraqlı olacaq, öz sahələrində daim yenilənən biliklərə sahib olmağa can atacaqlar. Bu isə ümumilikdə məktəbəqədər təhsildə yenilikçi və müasir metodların tətbiqini sürətləndirəcək.

Bağça müəllimlərinin sertifikasiyası həm də valideynlərin təhsil sisteminə etibarını artıracaq. Uşaqlarının etibarlı əllərdə olduğuna, onlarla işləyən müəllimlərin peşəkar olduğuna əmin olmaq valideynlər üçün ən vacib məqamlardan biridir. Müəllimlərin rəsmi şəkildə yoxlanılması və sertifikatlaşdırılması bağçalarla bağlı uzun illərdir mövcud olan bəzi narahatlıqları aradan qaldıracaq, valideynlər və təhsil müəssisələri arasında daha sağlam əməkdaşlıq qurulmasına şərait yaradacaq".

"Bütün bunlarla yanaşı, sertifikasiya bağça təhsili sahəsində şəffaflığı və hesabatlılığı artıracaq. Hazırda bu sahədə işə qəbul və qiymətləndirmə prosesində müəyyən subyektivliklərin olması mümkündür. Sertifikasiya prosesinin tətbiqi bu kimi problemləri aradan qaldıraraq, müəllimlərin yalnız bilik və bacarıqlarına əsasən qiymətləndirilməsinə zəmin yaradacaq. Nəticə etibarilə, bağça müəllimlərinin sertifikasiyası məktəbəqədər təhsil sisteminin keyfiyyətini yüksəltməyə xidmət edəcək. Bu islahat sayəsində məktəbəqədər təhsil yalnız uşaq baxıcılığı funksiyası daşıyan bir mərhələ kimi deyil, onların erkən yaş dövründə intellektual, sosial və psixoloji inkişafını təmin edən peşəkar bir institut kimi formalaşacaq. Məktəbəqədər təhsilin güclənməsi isə ümumi təhsil sisteminə müsbət təsir edəcək və gələcək nəsillərin daha güclü bilik bazası ilə yetişməsinə imkan yaradacaq", - deyə Ə. Həsənli əlavə edib.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə Trend-ə bildirib ki, ümumiyyətlə, sertifikasiya prosesi təhsildə standartları ödəməyən müəllimələrin təmizlənməsi kimi başa düşülməlidir.

"Müəllimlərin işə qəbul imtihanında da biz bunu gördük. Əvvəllər sistemə hansısa yollardan gətirilmiş, əyrı yollardan sistemə daxil olan müəllimlər, əgər onların kompetensiyaları uyğun gəlmirsə, onları sistemdən kənarlaşdırırılar. Növbəti mərhələdə bağçalarda işləyən tərbiyəçilərin sertifikasiya imtihanıdır. Sertifikasiya keçirilir, əgər sertifikasiyada uğur qazanmırsa, tərbiyəçi müəllim üçün növbəti dəfə də şans tanınır. Və əlavə olaraq da, sertifikasiya nəticəsi uğurlu olan müəllimin maaşı da artırılır", - o deyib.

Ekspert qeyd edib ki, əvvəllər bağçalar icra hakimiyyətlərinin tabeliyində idi və bura işə qəbul edilənlər necə gəldi götürülürdü.

"Bağçalarda işləyən tərbiyəçi müəllimlərin yarıdan çoxunun ya ümumiyyətlə təhsili yoxdur, ya da ki, işlədiyi ixsas üzrə təhsili yoxdur. Artıq bağçalar, yəni məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə veriləndən, xüsusilə bunlara birbaşa nəzarəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həyata keçirir. Biz müəllimlərin işə qəbulu imtahanlarından da görürük ki, adətən kəsilənlər MİQ imtahanlarından keçməyənlərdir. Sertifikasiya imtahanı nəticəsində əvvəllər sistemə hansısa yollarla gətirilmiş müəllimlər yavaş-yavaş təmizlənəcək. Bu də əslində bizim uşaqların inkişafı baxımdan yaxşıdır. Çünki əgər bağçada baza yoxdursa, sonraki təhsil illərində də uşaq problem yaşayacaq. Uşaq bağçadan yetişməlidir",- deyə o vurğulayıb.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:184
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 04 Апреля 2025 20:23
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Побег иранских дипломатов на Запад наш комментарий

19 Января 2026 02:46see290

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

19 Января 2026 00:26see255

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

18 Января 2026 19:37see211

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

19 Января 2026 08:04see198

Иран опроверг сообщения о тысячах погибших в ходе подавления протестов

19 Января 2026 10:27see192

Двое из ларца

19 Января 2026 12:59see179

Авианосная группа на подходе: США стягивают силу к Ирану

19 Января 2026 01:28see176

Патриарх Кирилл назвал рождение Путина чудом Божиим Minval Politika

19 Января 2026 16:30see172

Вице спикер парламента Армении: Мы хотим открытые границы и дипотношения с Турцией

19 Января 2026 14:35see171

Давос 2026. Дух диалога или приговор старому миру?

19 Января 2026 08:57see165

В Азербайджане усилен контроль за деятельностью специальных судебных исполнителей

19 Января 2026 09:53see157

Мэри Трамп потребовала от Европы решительных действий против своего дяди Minval Politika

19 Января 2026 19:39see156

При взрыве на заводе в Китае погибли два человека, еще 66 ранены

18 Января 2026 19:45see156

Прогресс в армяно турецких отношениях поможет нормализации отношений между Арменией и Азербайджаном Рубинян

19 Января 2026 14:35see154

В Евлахском районе жители вынуждены ходить за питьевой водой за 2 километра

20 Января 2026 03:00see149

Вице премьер Узбекистана: Будут использованы зеркальные меры в отношении Таджикистана

20 Января 2026 09:36see146

Пропавший с радаров самолет нашли на вершине горы в Индонезии

18 Января 2026 20:54see142

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

19 Января 2026 00:49see141

Сенегал 1 0 Марокко: хаос, драма и полное безумие в финале Кубка Африки ФОТО ВИДЕО

19 Января 2026 10:16see138

Скандальный финал: матч Марокко Сенегал завершился после долгих пауз

19 Января 2026 12:59see137
newsПоследние новости
Самые свежие и актуальные события дня