Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib

06.01.2025

Icma.az сообщает, основываясь на информации сайта Day.az.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib.

Day.Az vakansiyaları təqdim edir:

Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri

İş barədə məlumat:

Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir; Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir; müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki köməklik göstərir; semestr imtahanlarının keçirilməsində iştirak edir; Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir; Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Profilə uyğun baza təhsili;

Elmi dərəcə və elmi ad; 3 il elmi-pedaqoji staj; MS Office ( sərbəst işləmə bacarığı ); Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.

Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər

İş barədə məlumat:

ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq; hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq; tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Ali təhsil (bakalavr və ya magistr)

• Yaş : 21 - 50

• MS Office ( sərbəst işləmə bacarığı );

Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью