Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib.
Day.Az vakansiyaları təqdim edir:
Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri
İş barədə məlumat:
Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir; Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir; müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki köməklik göstərir; semestr imtahanlarının keçirilməsində iştirak edir; Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir; Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.İş qrafiki : 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Namizədlərə aid tələblər:
• Profilə uyğun baza təhsili;
Elmi dərəcə və elmi ad; 3 il elmi-pedaqoji staj; MS Office ( sərbəst işləmə bacarığı ); Azərbaycan və rus dillərini bilməsi zəruridir.Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.
Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər
İş barədə məlumat:
ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq; hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq; tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;İş qrafiki : 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Namizədlərə aid tələblər:
• Ali təhsil (bakalavr və ya magistr)
• Yaş : 21 - 50
• MS Office ( sərbəst işləmə bacarığı );
Azərbaycan və rus dillərini bilməsi zəruridir.• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.