Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 11-də start götürəcək.
10 komandanın iştirakı ilə baş tutacaq çempionatın yetərincə gərgin alınacağını söyləmək o qədər də çətin deyil.
Əlbəttə, iddialıların qarşısına qoyulan hədəflərlə sərgiləyəcəkləri futbolun və qazanacaqları nəticələrin nə dərəcədə uzlaşacağını zaman göstərəcək.
Amma hazırda "birincilər"in sıralarında 4 komandanın elita uğrunda mübarizəyə hazırlaşdığını xatırlasaq, liqanın gərgin və maraqlı alınacağını indidən proqnozlaşdıra bilərik.
Taleyi ilə barışmayan "Səbail" Ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq 1-ci Liqaya düşən "Səbail" taleyi ilə barışmaq niyyətində deyil.
"Dənizçilər"in heyətinə nəzər yetirsək, komanda Rəhman Hacıyev başda olamaqla, daha çox elita təcrübəsi olan futbolçulardan qurulub.
Üstəlik, yetərincə səviyyəli legionerlər də var. Baş məşqçi Elvin Məmmədov məşqçilik fəaliyyətinə yeni başlamasına rəğmən, peşəkar futbolun