Icma.az
close
up
RU
1 ci Liqa böyük gərginlik vəd edir İddialı çoxdur, aşkar autsayder yoxdur

1 ci Liqa böyük gərginlik vəd edir İddialı çoxdur, aşkar autsayder yoxdur

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 11-də start götürəcək. 10 komandanın iştirakı ilə baş tutacaq çempionatın yetərincə gərgin alınacağını söyləmək o qədər də çətin deyil. Əlbəttə, iddialıların qarşısına qoyulan hədəflərlə sərgiləyəcəkləri futbolun və qazanacaqları nəticələrin nə dərəcədə uzlaşacağını zaman göstərəcək. Amma hazırda "birincilər"in sıralarında 4 komandanın elita uğrunda mübarizəyə hazırlaşdığını xatırlasaq, liqanın gərgin və maraqlı alınacağını indidən proqnozlaşdıra bilərik. 

Taleyi ilə barışmayan "Səbail" 

Ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq 1-ci Liqaya düşən "Səbail" taleyi ilə barışmaq niyyətində deyil. "Dənizçilər"in heyətinə nəzər yetirsək, komanda Rəhman Hacıyev başda olamaqla, daha çox elita təcrübəsi olan futbolçulardan qurulub. Üstəlik, yetərincə səviyyəli legionerlər də var. Baş məşqçi Elvin Məmmədov məşqçilik fəaliyyətinə yeni başlamasına rəğmən, peşəkar futbolun tələblərindən xəbərdardır. Bakı təmsilçisi hazırlığa gecikmədən başlaya bilib və heyət vaxtında komplektləşdirilib. Klubun maddi vəziyyəti də normal səviyyədədir. Keçirdiyi yoxlama oyunlarının birində digər 1-ci Liqa təmsilçisini 7:2 hesabı ilə məğlub edən "Səbail" şübhəsiz, çempionluğa əsas favoritlərdəndir. Maraqlıdır ki, bakılılar ilk oyunlarını ötən mövsümün ikinci yarısında Füzuli Məmmədovun rəhbərliyi adından söz etdirən, hazırda Ramiz Məmmədovun çalışdırdığı "Mingəçevir"ə qarşı keçirəcəklər. 

Nostalji qoxulu "Şəfa"

2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksələn "Şəfa" yetərincə ciddi layihədir. Klubda həm maliyyə sabitliyi, həm də yaxşı məşqçi işi var. 34 yaşlı Elgiz Kərəmlinin komandasının heyətinə əksər çempionat iştirakçılarının aşağıdan yuxarı baxdığı da faktdır. Kollektivdə ailə ab-havası yaratmağı bacaran Kərəmlinin özü də ciddi sınaqdan keçməlidir. Uzun illərdən sonra futbolsevərlərin yaxşı tanıdığı adla yenidən elit futbolun bir parçası olmaq istəyən camiə buradək çox yaxşı gəlib. Bu yay keçirdiyi sınaq matçlarında qələbələri sıralayan, yalnız "Şamaxı" ilə 1:1 hesablı bərabərliyə razılaşan "Şəfa"nın yüksək hədəflər uğrunda mücadilə edəcəyi şübhə doğurmur. Klubun infrastruktur baxımından bəlli çatışmazlıqları olsa da, Kərəmlinin komandasını liqadakı rəqiblərinin qorxulu yuxusu adlandıra bilərik.  

Elitaya can atan "Mingəçevir"

Bu ilin yanvarında ASTA ilə tərəfdaşlıq müqaviləsi imzalayan və faktiki olaraq rəhbərliyi dəyişən "Mingəçevir" ötən mövsümün ikinci yarısında fırtına kimi əsdi desək, yanılmarıq. Qışa qədər cəmi 6 xal toplayan komandanın baş məşqçisi Füzuli Məmmədovun ortaya qoyduğu performans futbol ictimaiyyətinin rəğbətini qazandı. "İşıqçılar"ı liqada saxlamaq məqsədi ilə komandaya gətirilən mütəxəssis ən qısa zaman kəsiyində heyət formalaşdıraraq hava və su qədər vacib olan intizamı gücləndirdi. "Neftçi"də və Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisində əsas söz sahibi olmuş təcrübəli çalışdırıcının qurduğu kollektiv qışdan sonra 29 xal (!) topladı. Aran təmsilçisi nəinki elitada qalmaq işinin öhdəsindən gəldi, hətta çempionatı 4-cü pillədə başa vurdu. Bölgə komandasının hazırda Premyer Liqada olan "Karvan"ı evdə (2:1), "İmişli"ni isə səfərdə (1:0) məğlub etməsi də yaddaşlardan silinməyib. Əslində, Füzuli bəylə daha yaxşı şərtlər fonunda müqavilə yeniləcəyi, rəhbərliyin bu mütəxəssisə komandanı 2-ci Liqaya yuvarlanmaq təhlükəsindən xilas etdiyi üçün təşəkkür ünvanlayacağı proqnozlaşdırılsa da, hər şey əksinə oldu. Gözlənilmədən xilaskarı yola salan idarəçilər komandanı Ramiz Məmmədova tapşırmaq qərarına gəldilər. Artıq "Mingəçevir"in yeni heyəti və yeni baş məqşçisi var. Hədəf isə çempionluqdur. 

"Ordu"nun büdcəsi də artıb, iddiası da

Artırılan büdcə fonunda "Ordu"nun iddasının da yüksəlməsi xoş mənzərədir. İlham Yadullayevin çalışdırdığı kollektiv maliyyə sıxıntısı yaşamır və 1-ci Liqada hər klubun maaş ödəyə bilməyəcəyi, sayılıb-seçilən oyunçulardan təşkil edilib. Təbii, "hərbçilər"in böyüməsini, əvvəlki kimi elit futbol müstəvisində gözə dəyməsini hamımız istəyirik. Yadullayev və rəhbərlik çempionluğa kökləndiklərini dilə gətirməsələr də, mövcud reallıq hər şeyi deyir. Komanda hazırlığa gecikmədən start verib, Qəbələdə təlim-məşq toplanışında olub və çox sayda sınaq matçı keçirib.

Aşkar autsayder yoxdur

"Zaqatala", "Difai", "Cəbrayıl", "Şahdağ Qusar", "Şimal" və "Baku Sportinq"in çempionluğa oynamayacaqları dəqiqdir, amma bu komandalar arasından da aşkar autsayderləri göstərmək daha çox münəccimlik etmək cəhdinə bənzəyər. Məntiqlə, iki debütantı "Şahdağ Qusar"la "Şimal"ın başqalarından geri qalacağını düşünmək olar. Bununla belə, "sirli qutu" sayılan, hələ bir rəsmi matçını izləmədiyimiz kollektivlərə indidən autsayder damğası vurmaq peşəkarlığa sığmaz. Yeni sponsora qovuşacağı barədə söz-söhbətlər gəzən, yekunda bu yöndə hər hansı irəliləyişlə diqqət çəkməyən və hazırlığa 10 gün öncə başlayan "Zaqatala"nın öz, əlavə maliyyə mənbəyi olmayan "Cəbrayıl"ın da öz problemləri var. Bizə gözləmək qalır.

İlk turun təqvimi maraqlı start vəd edir 

Liqanın ilk turunun təqvimi maraqlı başlanğıc vəd edir. "Mingəçevir"in "Səbail"lə səfər görüşü mərkəzi qarşılaşma qismində diqqətləri üzərinə çəkəcəksə, "Ordu"nun necə təsir bağışlayacağı hamı üçün maraqlı olan "Şahdağ Qusar"la dueli də sıradan matç olmayacaq. İki debütantın "Şəfa" ilə "Şimal"ın bir-birindən nə dərəcədə fərqləndiyini də izləmək istəyənlər çoxdur. Təqvim belədir:

1-ci Liqa
1-ci tur
11 sentyabr (cümə axşamı)

MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 16:30

“Zaqatala” – “Cəbrayıl”
Zaqatala OİK stadionu, 16:30

12 sentyabr (cümə)

“Şəfa” – “Şimal”
Binə qəsəbə stadionu, 16:30

“Səbail” – “Mingəçevir”
“ASCO Arena”, 19:00

13 sentyabr (şənbə)

“Baku Sportinq” – “Difai” 
Buzovna qəsəbə stadionu, 16:30

Məşqçilər nə deyir?

1-ci Liqa komandalarını çalışdıran bir neçə məşqçi ilə əlaqə saxlayıb ilk rəqibləri ilə görüşlərdən nə gözlədiklərini soruşmağı vacib saydıq. Onların fikirlərini təqdim edirik:

Elgiz Kərəmli ("Şəfa"): "Şimal" kollektivi 2-ci Liqadan tanıdığımız rəqibdir. Əzmkar kollektiv olduqlarini bilirik. İlk yoxlama goruşündə də onlarla qarşılaşmışdıq. Lakin yeni mövsüm üçün qurduqları heyət fərqlidir. Çox sayda dəyişikliklər ediblər. Onların son yoxlama oyunlarını da izləmişik. Əlbəttə, rəqiblərimizin oyunlarini təhlil etsək də, həmişə bizə qarşı fərqli taktiki gedişlərə əl atırlar. Amma futbolçularımız təcrübəli olduqları üçün belə sürprizlərin öhdəsindən gəlməyi bacarırıq. Çempionatın ilk oyunlari hər zaman ağır keçir. Ümid edirəm ki, ilk tur bizim üçün müsbət nəticələnər və çempionluq yolundakı ilk addım qələbə olar. Yaxşı futbolçulardan ibarət heyətimiz var. Yaxşı hazırlıq da keçdiyimizə görə qələbələr qazanacağımıza ümidlərimiz böyükdür".

İlham Yadullayev ("Ordu"): "Çempionatqabağı son həftəni "Şahdağ Qusar"la görüşə həsr edəcəyik. Rəqib I Liqanın debütantı olsa da, mübariz komandadır. Rahid Əmirquliyev yaxşı heyət formalaşdırıb. Çalışacağıq çempionata uğurlu start verək".

Elvin Məmmədov ("Səbail"): "İlk oyunlar həmişə çətin olur. Üstəlik, liqada yeniyik, heyətimiz büsbütün dəyişib, bir çox futbolçular bu çempionatda oynamayıb. Bununla belə, var gücümüzlə çalışacağıq ki, çempionata qələbə ilə start verək. Rəqib haqda geniş məlumatımız yoxdur. Ancaq Ramiz Məmmədovun adı çox şeydən xəbər verir. Onun komandaları həmişə mübarizliyi, döyüşkənliyi ilə fərqlənib. Ramiz müəllimin başçılıq etdiyi kollektivlər uduzmağı xoşlamırlar. Evdə oynayırıq, azarkeşlərimizi sevindirmək əzmindəyik. Desəm ki, çempionata 100 faiz hazırıq, yalan olar. Hardasa, 65-70 faiz hazırıq. Oyundan-oyuna daha yaxşı forma yığacağıq. Futbolda hər şey ola bilər. Mümkündür ki, startda bir neçə tur xallar itirək, sonradan toparlanıb çempionluğa oynayaq. Ancaq çalışacağıq ki, elə ilk turlardan yaxşı nəticələr əldə edək ki, motivasiyamıza kömək olsun". 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://fanat.az
archiveBu xəbər 05 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri