Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
1 iyul 2025-dən etibarən Azercell fakturasız (SimSim) istifadəçilər üçün yeni şərtlər tətbiq edəcək.
Açıqladıqları mücərrəd məlumatlardan dərhal görünür ki, Azercell “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib.
Azercell yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb.
Yəni pulun, balansın var nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq.
İlk öncə qeyd edim ki, Azercell –də çox güman ki kimlərsə, bəlkə də məqsədyönlü olaraq yeni qaydalarını AĞLABATAN formada, istifadəçilərin dərk edə biləcəyi formada şərh etmək istəməyiblər.
Əlbəttə, bu Azercell-in marketinq şöbəsində çalışanların peşəkarlığından deyil, verilən göstərişdən asılı bir məsələdir.
Yeni Qaydalara, yeni tariflərə nəzər salanda nələri müşahidə etmək olar ?