Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

1 manata 1 günlük həyat: Azercell in yeni əcaib qaydası

1 manata 1 günlük həyat: Azercell in yeni əcaib qaydası

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1 iyul 2025-dən etibarən Azercell fakturasız (SimSim) istifadəçilər üçün yeni şərtlər tətbiq edəcək.

Açıqladıqları mücərrəd məlumatlardan dərhal görünür ki, Azercell “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib.

Azercell yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb.

Yəni pulun, balansın var nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq.

İlk öncə qeyd edim ki, Azercell –də çox güman ki kimlərsə, bəlkə də məqsədyönlü olaraq yeni qaydalarını AĞLABATAN formada, istifadəçilərin dərk edə biləcəyi formada şərh etmək istəməyiblər.

Əlbəttə, bu Azercell-in marketinq şöbəsində çalışanların peşəkarlığından deyil, verilən göstərişdən asılı bir məsələdir.

Yeni Qaydalara, yeni tariflərə nəzər salanda nələri müşahidə etmək olar ?

Əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər.

Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi.

Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi. İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq.

Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif “varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir. Hər halda görünən hələlik belədir.

Əgər doğru anlaşılmayıbsa, ümid edirəm Azercell daha məntiqli izahat verər.

Digər ciddi məsələ isə budur: “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6” və digər az da olsa sərfəli tariflərə yeni qoşulmalar da dayandırılır. Beləliklə, Azercell həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində “məcburi yığılan” modellərə keçir.

Bütün bunların fonunda sual yaranır: Dövlətə məxsus payla idarə olunan belə bir şirkət niyə bu qədər ifrat sərt ticarət davranışları nümayiş etdirir?

Milyonlarla istifadəçisi olan Azercell kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi “düz” hesablayıb.

Amma sosial olaraq bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir.

Rəqəmsal transformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, Azercell dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək.

Düşünürəm ki, dövlət şirkəti olan Azercell tarif qaydalarına yenidən nəzərə salmalı, ”1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir.

Regulyatorlar, əlaqəli qurumlar hardadır?

Xatırladıram ki, qonşu ölkələrin heç bir mobil operatorunda bu cür ifrat sərt yanaşma, müştərilərə qarşı bu formada münasibət sərgiləmək halları müşahidə etməmişəm.

Maraqlı məqam həm də odur ki, əvvəllər ölkənin və regionun ən innovativ qurumu olan bu şirkət uzun müddətdir ki, innovasiyalar və texnologiyalar sahəsində yerində sayır. Bu, beynəlxalq konfranslarda da açıq-aşkar görsənir.

Yəni anlaşıqlı desək, biz, Azercell-də son zamanlar artırılan tariflərdən əldə olunan gəlirlərin innovasiyalara yatırıldığını da müşahidə etmirik.

Ümid edirəm Antiinhisar Agentliyi, İKTA, RİNN, İRİA bu dəyişikliklərin sosial təsirlərini, rəqəmsal transformasiyaya təsirlərini dəyərləndirəcək və ağlabatan addımlar atılacaq.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti 

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri