Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Goranboy rayonunda 71 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də rayonun Yuxarı Ağcakənd qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Telman həmin gün saat 16 radələrində ona məxsus 3 baş iribuynuzlu heyvanın əvvəllər aralarında heyvan üstündə ədavətləri olan Aqilə məxsus torpaq sahəsinə keçdiyini və onun heyvanları daşla vuraraq torpaq sahəsindən çıxartdığı görüb. Buna görə aralarında yaranmış qarşılıqlı dava zamanı Aqili daş və əlində olan ağac parçası ilə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Telman bildirib ki, təxminən 10 ildir Aqillə küsülüdür: “Aqil 2025-ci ilin martın 24-də mənim itimi tüfəngi ilə güllələyərək öldürüb. Lakin həmin vaxt şikayət etmədim. Daha sonra həmin ilin aprelin 3-də, təxminən saat 16 radələrində Yuxarı Ağcakənd qəsəbəsində iri buynuzlu heyvanlarımı gətirmək üçün getdim. Aqilin torpaq sahəsinə çatanda heyvanlarımın Aqilin torpaq sahəsində olduğunu və Aqilin daşla həmin heyvanları vuraraq torpaq sahəsindən çıxardığını gördüm. Uzaqdan Aqilə heyvanları vurmamasını dedim. Bu zaman Aqilin nalayiq ifadələr işlədə-işlədə mənə tərəf gəldiyini gördüm. Mən də Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Aqil mənə çatanda əlində olan ağac parçası ilə sol qoluma və bədənimin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdu. Ağac parçası sol qol nahiyəmə dəyəndə qolumda kəskin ağrılar hiss etdim. Mən onu söyüb təhqir etməmişəm. Həmçinin yerdən daş götürərək onu vurmamışam. Ağacla Aqili döyməmişəm və xəsarət yetirməmişəm. Həmin vaxt özümü müdafiə etmişəm. Ola bilsin ki, özümü müdafiə edərkən əlimdəki ağac Aqilin başına dəyib. Qolum sınmış vəziyyətdə necə onu vuraraq xəsarət yetirə bilərdim. Həmin vaxt əlimdə ağac parçası olub. Aqillə aramızda mübahisə təxminən 10 ildir davam edir. Bizim aramızda mübahisələrimiz həmişə heyvan üstündə olub. Aqillə aramızda olan dava zamanı yanımızda heç kim olmayıb. Lakin Aqilin bacısı Gülnaz yaşadığı evin həyətindən bizə baxıb”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində iddia edib ki, 2024-cü ilin avqust ayında Aqil onun bir itini güllə ilə vuraraq öldürüb: “Həmin ilin dekabr ayının ortalarında axşam saatlarında heyvanlarını otlaq sahəsindən yaşadığım evə gətirərkən, Aqil məktəbinin üstündə olan çuxura girib və özündə olan tüfənglə məni güllələmək istəyib. Mən 150 metr aralıdan dağdan düşərkən telefonuma zəng gəldi. Aqil isə elə başa düşdü ki, Daxili İşlər Nazirliyinin 102 xidmətini yığıram. Mənə zəng gələn zaman Aqil çuxurun dalından silahlı çıxdı. Həmin vaxt Aqilin bir əli tüfəngin çaxmağında, digər əli isə atəşə hazır vəziyyətdə olub”.
Təqsirləndirilən şəxs əlavə edib ki, 2025-ci ilin martın 24-də Aqil onun ikinci itini güllə ilə vuraraq öldürüb: “Mən bunu özüm görmüşəm. Zərərçəkmiş şəxslə barışmağa cəhd etmişəm. Lakin o, mənimlə barışmayıb”.
Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməməsi, 3 aprel 2025-ci ildə zərərçəkmiş şəxsin daş və əlindəki ağac parçası ilə onun vurmaması ilə bağlı ifadəsinə tənqidi yanaşıb, həmin ifadəni özünümüdafiə məqsədilə verdiyi qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə Telman 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Goranboy rayonunun hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, bu müddətdə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməsi tapşırılıb.
Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçi apellyasiya şikayəti verib. O, hökmün cəzaya aid hissədə dəyişdirilərək məhkum barəsində islah işləri cəzası seçilməsi və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəzanın şərti hesab edilməsini xahiş edib.
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri şikayəti təmin etməyiblər.
Lakin Goranboy Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 5.3-cü maddələri tətbiq edilib, ona təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də rayonun Yuxarı Ağcakənd qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Telman həmin gün saat 16 radələrində ona məxsus 3 baş iribuynuzlu heyvanın əvvəllər aralarında heyvan üstündə ədavətləri olan Aqilə məxsus torpaq sahəsinə keçdiyini və onun heyvanları daşla vuraraq torpaq sahəsindən çıxartdığı görüb. Buna görə aralarında yaranmış qarşılıqlı dava zamanı Aqili daş və əlində olan ağac parçası ilə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.