Icma.az
close
up
RU
10 illik ədavətin pərdəarxası Qonşuların heyvan davası məhkəmədə bitdi

10 illik ədavətin pərdəarxası Qonşuların heyvan davası məhkəmədə bitdi

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Goranboy rayonunda 71 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də rayonun Yuxarı Ağcakənd qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Telman həmin gün saat 16 radələrində ona məxsus 3 baş iribuynuzlu heyvanın əvvəllər aralarında heyvan üstündə ədavətləri olan Aqilə məxsus torpaq sahəsinə keçdiyini və onun heyvanları daşla vuraraq torpaq sahəsindən çıxartdığı görüb. Buna görə aralarında yaranmış qarşılıqlı dava zamanı Aqili daş və əlində olan ağac parçası ilə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Telman bildirib ki, təxminən 10 ildir Aqillə küsülüdür: “Aqil 2025-ci ilin martın 24-də mənim itimi tüfəngi ilə güllələyərək öldürüb. Lakin həmin vaxt şikayət etmədim. Daha sonra həmin ilin aprelin 3-də, təxminən saat 16 radələrində Yuxarı Ağcakənd qəsəbəsində iri buynuzlu heyvanlarımı gətirmək üçün getdim. Aqilin torpaq sahəsinə çatanda heyvanlarımın Aqilin torpaq sahəsində olduğunu və Aqilin daşla həmin heyvanları vuraraq torpaq sahəsindən çıxardığını gördüm. Uzaqdan Aqilə heyvanları vurmamasını dedim. Bu zaman Aqilin nalayiq ifadələr işlədə-işlədə mənə tərəf gəldiyini gördüm. Mən də Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Aqil mənə çatanda əlində olan ağac parçası ilə sol qoluma və bədənimin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdu. Ağac parçası sol qol nahiyəmə dəyəndə qolumda kəskin ağrılar hiss etdim. Mən onu söyüb təhqir etməmişəm. Həmçinin yerdən daş götürərək onu  vurmamışam. Ağacla Aqili döyməmişəm və xəsarət yetirməmişəm. Həmin vaxt özümü müdafiə etmişəm. Ola bilsin ki, özümü müdafiə edərkən əlimdəki ağac Aqilin başına dəyib. Qolum sınmış vəziyyətdə necə onu vuraraq xəsarət yetirə bilərdim. Həmin vaxt əlimdə ağac parçası olub. Aqillə aramızda mübahisə təxminən 10 ildir davam edir. Bizim aramızda mübahisələrimiz həmişə heyvan üstündə olub. Aqillə aramızda olan dava zamanı yanımızda heç kim olmayıb. Lakin Aqilin bacısı Gülnaz yaşadığı evin həyətindən bizə baxıb”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində iddia edib ki, 2024-cü ilin avqust ayında Aqil onun bir itini güllə ilə vuraraq öldürüb: “Həmin ilin dekabr ayının ortalarında axşam saatlarında heyvanlarını otlaq sahəsindən yaşadığım evə gətirərkən, Aqil məktəbinin üstündə olan çuxura girib və özündə olan tüfənglə məni güllələmək istəyib. Mən 150 metr aralıdan dağdan düşərkən telefonuma zəng gəldi. Aqil isə elə başa düşdü ki, Daxili İşlər Nazirliyinin 102 xidmətini yığıram. Mənə zəng gələn zaman Aqil çuxurun dalından silahlı çıxdı. Həmin vaxt Aqilin bir əli tüfəngin çaxmağında, digər əli isə atəşə hazır vəziyyətdə olub”. 
Təqsirləndirilən şəxs əlavə edib ki, 2025-ci ilin martın 24-də Aqil onun ikinci itini güllə ilə vuraraq öldürüb: “Mən bunu özüm görmüşəm. Zərərçəkmiş şəxslə barışmağa cəhd etmişəm. Lakin o, mənimlə barışmayıb”.
Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməməsi, 3 aprel 2025-ci ildə zərərçəkmiş şəxsin daş və əlindəki ağac parçası ilə onun vurmaması ilə bağlı ifadəsinə tənqidi yanaşıb, həmin ifadəni özünümüdafiə məqsədilə verdiyi qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə Telman 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində  Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Goranboy rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, bu müddətdə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməsi tapşırılıb. 
Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçi apellyasiya şikayəti verib. O, hökmün cəzaya aid hissədə dəyişdirilərək məhkum barəsində islah işləri cəzası seçilməsi və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəzanın şərti hesab edilməsini xahiş edib. 
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri şikayəti təmin etməyiblər. 
Lakin Goranboy Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 5.3-cü maddələri tətbiq edilib, ona təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri