10 manata hot doq satırlar, stadion da tam dolmur…

21.10.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Ötən gün (oktyabrın 20-də) “Sabah” FK UEFA Çempionlar Liqasının liqa mərhələsində Almaniyanın “Borussiya Dortmund” klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda qarşılaşmanı 47 min 221 azarkeşin izlədiyi qeyd olunub.
Bu isə o deməkdir ki, 68 min 700 yerlik stadionun təxminən 31 faizi boş qalıb.
Məlumat üçün bildirək ki, stadionun tam dolmaması azarkeşlərin də narazılığına səbəb olub. Sosial şəbəkələrdə paylaşılan etirazlarda qeyd olunur ki, əsas səbəblərdən biri stadionun tutumu ilə bağlıdır.
Bildirilir ki, 47 mindən çox azarkeş böyük rəqəm olsa da, 68 min 700 yerlik arenada xeyli boş oturacaq qalır. Bu səbəbdən də azarkeşlər daha kiçik stadionda eyni tamaşaçı sayının daha dolu və canlı atmosfer yarada biləcəyini qeyd ediblər.
Narazılığa səbəb olan məqamlardan biri də bilet qiymətləri olub. Paylaşılan məlumatlarda qeyd olunur ki, “Sabah” – “Borussiya” oyunu üçün biletlər 15 manatdan başlayıb, ən bahalı yerlər isə 650 manata təklif olunub.
Qeyd olunur ki, aşağı tribunaların daha bahalı olması bəzi azarkeşləri daha münasib, lakin daha uzaq yerləri seçməyə məcbur edib. Etiraz edənlər bildirirlər ki, stadionda yalnız biletə pul xərclənmir. Azarkeşin nəqliyyat, parklanma və yemək xərcləri də var. Bəzi azarkeşlər belə hesab edirlər ki, stadionda hot-doqun 10 manata satılması bir çox insan üçün əlavə xərcdir. Ailəsi ilə oyuna gələn azarkeş üçün bu məbləğin daha da artdığı qeyd olunur.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью