10 manata hot doq satırlar, stadion da tam dolmur…
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən gün (oktyabrın 20-də) “Sabah” FK UEFA Çempionlar Liqasının liqa mərhələsində Almaniyanın “Borussiya Dortmund” klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda qarşılaşmanı 47 min 221 azarkeşin izlədiyi qeyd olunub.
Bu isə o deməkdir ki, 68 min 700 yerlik stadionun təxminən 31 faizi boş qalıb.
Məlumat üçün bildirək ki, stadionun tam dolmaması azarkeşlərin də narazılığına səbəb olub. Sosial şəbəkələrdə paylaşılan etirazlarda qeyd olunur ki, əsas səbəblərdən biri stadionun tutumu ilə bağlıdır.
Bildirilir ki, 47 mindən çox azarkeş böyük rəqəm olsa da, 68 min 700 yerlik arenada xeyli boş oturacaq qalır. Bu səbəbdən də azarkeşlər daha kiçik stadionda eyni tamaşaçı sayının daha dolu və canlı atmosfer yarada biləcəyini qeyd ediblər.
Narazılığa səbəb olan məqamlardan biri də bilet qiymətləri olub. Paylaşılan məlumatlarda qeyd olunur ki, “Sabah” – “Borussiya” oyunu üçün biletlər 15 manatdan başlayıb, ən bahalı yerlər isə 650 manata təklif olunub.
Qeyd olunur ki, aşağı tribunaların daha bahalı olması bəzi azarkeşləri daha münasib, lakin daha uzaq yerləri seçməyə məcbur edib. Etiraz edənlər bildirirlər ki, stadionda yalnız biletə pul xərclənmir. Azarkeşin nəqliyyat, parklanma və yemək xərcləri də var. Bəzi azarkeşlər belə hesab edirlər ki, stadionda hot-doqun 10 manata satılması bir çox insan üçün əlavə xərcdir. Ailəsi ilə oyuna gələn azarkeş üçün bu məbləğin daha da artdığı qeyd olunur.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Bu şəxs yenidən çempion oldu: 10 dəqiqəyə 66 hot doq yedi
11 İyul 2026 03:23
Qara Hot doq faydalı, yoxsa iyrənc?
25 İyun 2026 00:08
Lahmacunu 98 manata satırlar
28 Aprel 2025 23:59
Ən yaxşı atmosferli 10 stadion açıqlanıb
11 Noyabr 2024 23:14
Ən çox tamaşaçı toplayan 10 stadion
03 Dekabr 2024 12:33
Baxış sayı:35
Bu xəbər 21 Oktyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















