Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından dörd il ötür.
2020-ci il 10 noyabr tarixi həm Azərbaycan, həm də Ermənistan xalqlarının, eləcə də, dünya ictimaiyyətinin yaddaşına əbədi həkk olunub.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı.
Bununla da Ermənistanın 200 ildən çox davam edən işğalçılıq siyasətinə son qoyuldu.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti, islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev, Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı.
“Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbiçilər də, Azərbaycan xalqı da bunu bilir.