Icma.az
close
up
RU
10 noyabr Bəyanatı Azərbaycanın inamlı qələbəsini təsdiq etdi Kamran Bayramov

10 noyabr Bəyanatı Azərbaycanın inamlı qələbəsini təsdiq etdi Kamran Bayramov

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından dörd il ötür. 2020-ci il 10 noyabr tarixi həm Azərbaycan, həm də Ermənistan xalqlarının, eləcə də, dünya ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Bununla da Ermənistanın 200 ildən çox davam edən işğalçılıq siyasətinə son qoyuldu. 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin  ordu quruculuğu istiqamətində apardığı siyasəti, islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev, Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin  ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbiçilər də,  Azərbaycan xalqı da  bunu bilir. Həmişə demişəm ki,  ordumuz üçün nə lazımdırsa, biz onu edəcəyik. Biz güclü, qüdrətli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir” deyən Prezident İlham Əliyevin sözlərini  rəşadətli   Milli Ordumuz döyüş  meydanında hərbi üstünlüyü ilə  təsdiqlədi. Ali Baş Komandanımızın rəhbərliyi ilə  44 gün davam edən müharibədə göstərdiyi döyüş taktikası ilə hamını təəccübləndirdi. Müasir dünya döyüş taktikasının modelinə malik olduğunu  ortaya qoydu. Xalqımızın ordumuza inam və etibarı özünü doğrultdu. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan   müharibə  xalq-iqtidar-ordu  üçlüyünün qarşısıalınmaz yenilməz güc olduğunu bütün dünyaya bəyan etdi. Şanlı Zəfəri reallığa çevirən səmərəli diplomatik fəaliyyət bütün soydaşlarımızı qürurlandırdı. Münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyət dövlətimizin başçısının düşünülmüş xarici siyasətinin nəticəsidir. Azərbaycan münaqişə boyu bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və onun həlli üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə qətnamələr qəbul ediblər. Bununla yanaşı, Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar idi. Bu faktlar da təsdiqləyirdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.

Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident  İlham Əliyevə yekdil şəkildə dəstək vediryinin şahidi oldu. Bu möhtəşəm həmrəylikdən güc alan ordumuz isə düşmənə döyüş meydanında ağır dərs verdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir orduquruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir. 44 günlük Vətən müharibəmiz həmçinin ilk anlardan informasiya cəbhəsində də uğurla aparıldı. İnformasiya müharibəmizə də rəhbərliyi  məhz, Prezident cənab İlham Əliyev edirdi. Cənab Prezidentin xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda, xalqa edilən müraciətlər informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi. 

K.Bayramov əlavə edib ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin dırnaqarası ünsürləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi.

15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri