Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi, magistraturaya qəbul imtahanından ən yüksək bal toplayan ö
Belə ki, o, Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayevadır. F.
Babayeva imtahanda 93 bal toplayaraq (essesiz) möhtəşəm nəticə göstərib.
Modern.az xəbər verir ki, AzEdu bu münasibətlə həmin tələbə ilə əlaqə saxlayıb.
Fidan Babayeva təəssüratlarını AzEdu ilə bölüşüb: - Fidan xanım, sizi ilk növbədə təbrik edir, təhsil həyatınızda uğurlar arzulayırıq.
Özünüzü oxucularımıza daha yaxından tanıda bilərsiniz? - Diqqətiniz üçün təşəkkür edirəm.
Mən Babayeva Fidan Namiq qızı ilk dəfə 2009-cu ildə 220 saylı orta məktəbdə təhsil almağa başlamışam.
Lakin daha sonra 2016-2020-ci illərdə orta təhsilimi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə davam etdirmişəm.