Icma.az
close
up
RU
100 bal toplayacağıma əminəm Magistratura BİRİNCİSİ

100 bal toplayacağıma əminəm Magistratura BİRİNCİSİ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, magistraturaya qəbul imtahanından ən yüksək bal toplayan ölkə birincisi məlum olub.

Belə ki, o, Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayevadır.

F. Babayeva imtahanda 93 bal toplayaraq (essesiz) möhtəşəm nəticə göstərib.

Modern.az xəbər verir ki, AzEdu bu münasibətlə həmin tələbə ilə əlaqə saxlayıb.

Fidan Babayeva təəssüratlarını AzEdu ilə bölüşüb:

- Fidan xanım, sizi ilk növbədə təbrik edir, təhsil həyatınızda uğurlar arzulayırıq. Özünüzü oxucularımıza daha yaxından tanıda bilərsiniz?

- Diqqətiniz üçün təşəkkür edirəm. Mən Babayeva Fidan Namiq qızı ilk dəfə 2009-cu ildə 220 saylı orta məktəbdə təhsil almağa başlamışam. Lakin daha sonra 2016-2020-ci illərdə orta təhsilimi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə davam etdirmişəm. Elə həmin il Bakı Ali Neft Məktəbinə qəbul oldum.

Orta məktəbdə təhsil aldığım müddət olimpiadalarda da iştirak etmişəm. 2 dəfə (2018-2019-cu illərdə) Avropa Qızlar Olimpiadasında iştirakçılardan biri olmuşam. Bundan əlavə 2018-ci ildə Yeniyetmələr Balkan Riyaziyyat Olimpiadasında iştirak edib bürünc medal qazanmışam. Həmçinin 2019-2020-ci illərdə Respublika Fənn Olimpiadalarından riyaziyyat fənni üzrə bürünc və qızıl mükafata layiq görülmüşəm.

Ali məktəbə I ixtisas qrupu üzrə hazırlaşırdım. 2020-ci ildə BANM-ın İnformasiya təhlükəsizliyi fakültəsinin informasiya təhlükəsizliyi ixtisasına qəbul oldum.

- Magistratura üzrə ölkə birincisi olduğunuzu eşidən zaman nə hisslər keçirdiniz? Ümumiyyətlə yüksək bal toplayacağınızı gözləyirdinizmi?

 - Sözün düzü, elə imtahandan çıxdığım andan yüksək bal toplayacağımı gözləyirdim. Çünki imtahan mənim üçün yaxşı keçmişdi. SMS gələn zaman ailəmin yanında idim və elə ilk sevincimi onlarla bölüşdüm. Həqiqətən də çox sevindim. Onu qeyd edim ki, yüksək bal toplayacağımı gözlədiyim üçün mənə çox sürpriz olmadı.

-Nə gözəl. Özünüzə inanırsınız. Bəs essedən də tam bal toplayacağınızdan əminsinizmi?

-Bəli, esseni də yaxşı yazmışam. Buna görə də essedən də tam bal alacağımı düşünürəm.

- Sizə bu yolda uğurlar arzu edirik. II cəhddə iştirak etməyi düşünürsüz?

- Əlbəttə. Hətta düşünürəm ki, II cəhd imtahanından ən yüksək nəticəni, yəni 100 balı toplayaraq ölkə birincisi olacağam.

- Uğurlar, Fidan xanım! Magistratura üzrə təhsil alacağınız ixtisası və universiteti seçmisiniz?

-Əslində, xaricdə elə öz ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Lakin hər ehtimal burada da şansımı sınadım. İngiltərənin top universitetlərinin birində təhsilimi davam etdirməyi düşünürəm.

- Bəs xarici dil bilikləriniz necədir?

- İngilis dilini yaxşı bilirəm. Bu yaxınlarda İELTS-dən 8 bal toplamışam.

- Gələcəklə bağlı başqa hansı hədəfləriniz var?

- Magistratura təhsilimi bitirdikdən sonra karyerama fokuslanmaq istəyirəm. Ölkəmizin və ya xarici ölkədə ən yaxşı şirkətdə peşəkar mütəxəsis olmağı planlayıram.

- İstərdim magistratura mərhələsinə hazırlıqla bağlı danışaq. Özünüz hazırlaşırsınız, yoxsa kurslara, hazırlıqlara gedirsiniz?

- Bəli, kurslara gedirdim. Lakin bu mənim bakalavr təhsiləmə mane törətməyib.

- Magistraturaya hazırlaşan, gələcəkdə yüksək bal toplamaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Məncə hər şey mümkündür. Yəni çox çalışdıqca, özlərinə inandıqca hər şeyi bacarmaq olar. Ona görə də məqsədinizdən heç vaxt dönməyin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri