Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, “Gue Group” Məhdud Məsuliyyətli Cəmiyyət “Mərkəzi Neftçilər Xəstəxanası”nın 1-ci mərtəbədəsində rentgen kabinetlərinin, 5-ci mərtəbəsində kardio cərrahiyyə, invaziv radiologiya şöbələrinin əsaslı təmir işlərini həyata keçirəcək. Bunun üçün şirkətə 2 milyon 862 min 412 manat ödəniləcək.
“Gue Group” bundan əvvəl də irihəcmli tenderin qalibi olmuşdu. İyulun əvvəllərində Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi şəhərdə abadlıq işlərinin satın alınması üzrə tenderə yekun vurmuşdu. Qalib seçilən “Gue Group” ilə satınalma müqaviləsinin dəyəri 403 min 514 manat olub. Şirkət daha əvvəllər də Yevlaxda başqa işlər görüb, yenə onminlərlə vəsait əldə etmişdi.
“Gue Group” Müdafiə Sənayesi Nazirliyi, Dövlət Sərhəd Xidməti və “Azərterminalkompleks”in müxtəlif təmir, texniki xidmət və təchizat tenderlərinin qalibi olmağı bacarıb.
Adıçəkilən şirkət 2022-ci ildə təsis olunub. Məhdud Məsuliyyətli Cəmiyyət təkcə son ilyarımda 10-dan çox tenderdə qalib elan edilib. “Gue Group”un qanuni təmsilçisi Üzeyir Qurbanovdur. Onun “Linkedin”dəki profilində əvvəllər satınalma meneceri kimi fəaliyyət göstərdiyi diqqət çəkir.
Aytən, Bizimyol.info