Icma.az
close
up
RU
100 manatlıq şirkətə dövlət büdcəsinin milyonları necə verilir?

100 manatlıq şirkətə dövlət büdcəsinin milyonları necə verilir?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bir çox ölkələrdə tenderlərdə qalib olmağa iddia ortaya qoyan şirkət əvvəldən üzərinə müəyyən öhdəliklər götürür. Ən azı, bank və ya sığorta zəmanəti tələb olunur. Çünki işin həyata keçirilməsi zamanı tender elan edən quruma ciddi zərər dəyə bilər, bunun ödənilməsi həyata keçirilməlidir. Azərbaycanda isə qanunvericilik, hətta cüzi nizamnamə kapitalı ilə irihəcmli tenderlərə iddia imkanı verir. Bir çox hallarda nizamnamə kapitalı 100-200 manat olan şirkətlər milyonlarla dəyəri olan tenderləri qalibi elan olunur.

Bizimyol.info xəbər verir ki, “Gue Group” Məhdud Məsuliyyətli Cəmiyyət “Mərkəzi Neftçilər Xəstəxanası”nın 1-ci mərtəbədəsində rentgen kabinetlərinin, 5-ci mərtəbəsində kardio cərrahiyyə, invaziv radiologiya şöbələrinin əsaslı təmir işlərini həyata keçirəcək. Bunun üçün şirkətə 2 milyon 862 min 412 manat ödəniləcək.

“Gue Group” bundan əvvəl də irihəcmli tenderin qalibi olmuşdu. İyulun əvvəllərində Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi şəhərdə abadlıq işlərinin satın alınması üzrə tenderə yekun vurmuşdu. Qalib seçilən “Gue Group” ilə satınalma müqaviləsinin dəyəri 403 min 514 manat olub. Şirkət daha əvvəllər də Yevlaxda başqa işlər görüb, yenə onminlərlə vəsait əldə etmişdi.

“Gue Group” Müdafiə Sənayesi Nazirliyi, Dövlət Sərhəd Xidməti və “Azərterminalkompleks”in müxtəlif təmir, texniki xidmət və təchizat tenderlərinin qalibi olmağı bacarıb.

Adıçəkilən şirkət 2022-ci ildə təsis olunub. Məhdud Məsuliyyətli Cəmiyyət təkcə son ilyarımda 10-dan çox tenderdə qalib elan edilib. “Gue Group”un qanuni təmsilçisi Üzeyir Qurbanovdur. Onun “Linkedin”dəki profilində əvvəllər satınalma meneceri kimi fəaliyyət göstərdiyi diqqət çəkir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Avqust 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri