Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. İsrailin Yaxın Şərqdəki fəallığı diqqət çəkir.
Belə ki, Livanın cənubunda “Hizbullah”a, Qəzzada HƏMAS-a, Yəməndə isə husilərə qarşı həyata keçirilən əməliyyatlar müəyyən müddətə qədər antiterror tədbirləri kimi qiymətləndirilə bilərdi.
Çünki adıçəkilən qruplaşmalar vaxtaşırı İsrailə hücum edir, ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradırdı.
İsrailin Bəşər Əsəd dövründə Suriyada keçirdiyi əməliyyatlar da müəyyən qədər anlaşılan idi, çünki Əsəd İrana sadiq sayılır və dolayı yolla Tehranın regiondakı proksi qüvvələrindən biri hesab olunurdu.
İsrail Suriyada hakimiyyət dəyişikliyindən və mərkəzi hakimiyyətin hələ zəif olmasından istifadə edərək, həm etnik və dini azlıqları dəstəkləyir, həm də bu ölkəyə hücumlarını davam etdirir.
Bununla paralel olaraq Təl-Əviv, miqyasca kiçik olsa da, bəzi əraziləri ələ keçirir və bu torpaqları tərk etməyəcəyini açıq şəkildə bəyan edir.
Bu baxımdan Dünya Müsəlman Alimlər Birliyinin İsrailə qarşı cihad elan etməsi başadüşüləndir.
Lakin bu qərarın effektivliyi və İsraili dayandıra biləcəyi ehtimalı sual altındadır.