Icma.az
close
up
RU
111 illik tarix təkrarlandı: son dəfə Osmanlıda olmuşdu İslam dünyasını nələr gözləyir?

111 illik tarix təkrarlandı: son dəfə Osmanlıda olmuşdu İslam dünyasını nələr gözləyir?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Yaxın Şərqdəki fəallığı diqqət çəkir. Belə ki, Livanın cənubunda “Hizbullah”a, Qəzzada HƏMAS-a, Yəməndə isə husilərə qarşı həyata keçirilən əməliyyatlar müəyyən müddətə qədər antiterror tədbirləri kimi qiymətləndirilə bilərdi. Çünki adıçəkilən qruplaşmalar vaxtaşırı İsrailə hücum edir, ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradırdı. İsrailin Bəşər Əsəd dövründə Suriyada keçirdiyi əməliyyatlar da müəyyən qədər anlaşılan idi, çünki Əsəd İrana sadiq sayılır və dolayı yolla Tehranın regiondakı proksi qüvvələrindən biri hesab olunurdu.

İsrail Suriyada hakimiyyət dəyişikliyindən və mərkəzi hakimiyyətin hələ zəif olmasından istifadə edərək, həm etnik və dini azlıqları dəstəkləyir, həm də bu ölkəyə hücumlarını davam etdirir. Bununla paralel olaraq Təl-Əviv, miqyasca kiçik olsa da, bəzi əraziləri ələ keçirir və bu torpaqları tərk etməyəcəyini açıq şəkildə bəyan edir. Bu baxımdan Dünya Müsəlman Alimlər Birliyinin İsrailə qarşı cihad elan etməsi başadüşüləndir. Lakin bu qərarın effektivliyi və İsraili dayandıra biləcəyi ehtimalı sual altındadır.

Ümumiyyətlə, islam aləmində sonuncu rəsmi cihad çağırışı (bəyannaməsi) 111 il əvvəl – 1914-cü ilin noyabr ayında Osmanlı imperiyasının 35-ci sultanı və 114-cü islam xəlifəsi V Mehmed Rəşad tərəfindən elan edilmişdi. Bu çağırış Birinci Dünya müharibəsi ilə əlaqədar dünya müsəlmanlarına ünvanlanmış və onları xəlifənin rəhbərliyi altında islam bayrağı ətrafında birləşməyə səsləyirdi. Lakin bu təşəbbüs də nəticəsiz qaldı. Əksinə, Şərif Hüseynin rəhbərliyi ilə ərəblər Osmanlıya qarşı müttəfiqlərin tərəfində yer aldılar. Fransa, Böyük Britaniya, hətta Rusiya ordularının tərkibində minlərlə müsəlman Osmanlıya qarşı döyüşdü.

Tarixi baxımdan məsələyə yanaşdıqda, hətta islam xəlifəsinin cihad çağırışının belə nəticəsiz qaldığını görürük. Bu isə göstərir ki, dini çağırışın da ciddi təsir gücü yoxdur. Dünya Müsəlman Alimlər Birliyi isə ümumilikdə siyasi, hərbi resurslara malik olmayan, zəif qurumdur və onun verdiyi bu qərar simvolik xarakter daşıyır. Ümumiyyətlə, bu gün islam aləmində cihad qərarı verəcək nüfuzlu bir siyasi fiqur (xəlifə) və yaxud bu qərar əsasında islam koalisiyası yarada biləcək bir dövlət yoxdur. Təbii ki, Türkiyə, İran və Pakistan kimi güclü müsəlman ölkələri var, lakin bu dövlətlər siyasi və hərbi cəhətdən güclü olsalar da, dini liderlik funksiyasını yerinə yetirə bilmirlər.

Hazırda dünya geosiyasəti din deyil, daha çox milli, regional və imperialist maraqlar əsasında formalaşır. Din amili siyasi alət kimi istifadə olunsa da, təsir dairəsi məhduddur. İsrailə qarşı gerçək mənada formalaşmış yeganə islam koalisiyası 1948-ci ildə Birinci Ərəb–İsrail müharibəsi zamanı meydana gəldi. Lakin həmin müharibə də müsəlmanların, daha dəqiq desək, ərəblərin ağır məğlubiyyəti ilə nəticələndi.

Ən önəmli məqamlardan biri isə ABŞ-ın İsrailin təbii protektoruna çevrilməsidir ki, bu da İsrailə beynəlxalq arenada faktiki toxunulmazlıq statusu qazandırır. Hətta İran belə İsrailə qarşı total müharibə elan etməyə risk etmir.

Əgər İsrailin Yaxın Şərqdə apardığı əməliyyatlar həqiqətən İslam ölkələrini narahat etsəydi, Dünya Müsəlman Alimlər Birliyi cihad çağırışı etməkdənsə, ilk növbədə neft və qaz kimi strateji resurslar üzərindən təzyiq göstərərək, ABŞ başda olmaqla Qərbi çətin vəziyyətə sala bilərdi. Lakin bu istiqamətdə heç bir real addım atılmır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri