Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Peyk məlumatlarına əsaslanan yeni araşdırma Qrenlandiya və Antarktidada böyük həcmdə buz itkisi olduğunu göstərib.
Yeniavaz.com xəbər verir ki, 1979–2023-cü illər arasında bu iki ərazi birlikdə 11,3 trilyon ton buz itirib.
Nəticədə dünya üzrə dəniz səviyyəsi 3,14 santimetr yüksəlib.
Araşdırmaya görə, buz itkisi 1990-cı illərdən etibarən sürətlənib. Buz itkisinə əsasən buzlaqların okeanlara doğru daha sürətlə hərəkət etməsi səbəb olub. Bu dəyişikliklər sahilyanı ərazilərdə yaşayan 6–9 milyon insanın illik daşqın riskini artırıb.
2020–2023-cü illərdə buz itkisi müvəqqəti olaraq zəifləsə də, alimlər bunun uzunmüddətli tendensiyanın dəyişməsi demək olmadığını bildirirlər.
Qeyd edək ki, araşdırmaya görə, buz itkisinin təxminən 84 faizi buzlaqların okeana doğru daha sürətli hərəkət etməsi nəticəsində baş verib. Yəni proses yalnız səthdəki ərimə ilə məhdudlaşmır.
Məlumat üçün bildirək ki, NASA-nın məlumatına görə, Qrenlandiya və Antarktida birlikdə Yer kürəsindəki şirin su ehtiyatlarının təxminən üçdə ikisini saxlayır.