11,3 trilyon ton buz itirildi, 9 milyon insan riskə düşdü
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Peyk məlumatlarına əsaslanan yeni araşdırma Qrenlandiya və Antarktidada böyük həcmdə buz itkisi olduğunu göstərib.
Yeniavaz.com xəbər verir ki, 1979–2023-cü illər arasında bu iki ərazi birlikdə 11,3 trilyon ton buz itirib.
Nəticədə dünya üzrə dəniz səviyyəsi 3,14 santimetr yüksəlib.
Araşdırmaya görə, buz itkisi 1990-cı illərdən etibarən sürətlənib. Buz itkisinə əsasən buzlaqların okeanlara doğru daha sürətlə hərəkət etməsi səbəb olub. Bu dəyişikliklər sahilyanı ərazilərdə yaşayan 6–9 milyon insanın illik daşqın riskini artırıb.
2020–2023-cü illərdə buz itkisi müvəqqəti olaraq zəifləsə də, alimlər bunun uzunmüddətli tendensiyanın dəyişməsi demək olmadığını bildirirlər.
Qeyd edək ki, araşdırmaya görə, buz itkisinin təxminən 84 faizi buzlaqların okeana doğru daha sürətli hərəkət etməsi nəticəsində baş verib. Yəni proses yalnız səthdəki ərimə ilə məhdudlaşmır.
Məlumat üçün bildirək ki, NASA-nın məlumatına görə, Qrenlandiya və Antarktida birlikdə Yer kürəsindəki şirin su ehtiyatlarının təxminən üçdə ikisini saxlayır.
Bu mövzuda digər xəbərlər:Avro 2024: 11,3 milyardlıq yarış
05 May 2026 13:49
Qrenlandiya və Antarktidada 12,5 trilyon ton buz əriyib
16 Sentyabr 2026 15:32
9 ayda 20,7 milyon ton neft
16 Oktyabr 2025 10:47
Toyota dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
29 Yanvar 2026 15:35
Dəniz ekosisteminə təhlükə: bir trilyon ton buz hərəkət etməyə başlayıb
27 Yanvar 2025 13:53
Baxış sayı:80
Bu xəbər 20 Sentyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















