13 ABŞ əyaləti İlon Maskın DOGE Departamentini məhkəməyə verəcək

07.02.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ-nin 13 ştatı İlon Maskın rəhbərlik etdiyi Hökumət Verimliliyi Departamentinin (DOGE) “həssas ödəniş sistemi məlumatlarına və gizli informasiyalara” çıxışını məhdudlaşdırmaq üçün məhkəməyə müraciət edəcək.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Demokrat baş prokurorlar tərəfindən yayılan açıqlamada, heç kimin qanundan üstün olmadığı vurğulanıb.

Açıq­lamaya görə, Prezident Donald Tramp şəxsi məlumatları istədiyi şəxslə paylaşa və Konqres tərəfindən təsdiqlənmiş federal ödənişləri dayandıra bilməz.

Xatırladaq ki, öncə DOGE-nin ödəniş sisteminə çıxışı ilə bağlı ABŞ Xəzinə Nazirliyi məhkəməyə verilib, Vaşinqton Məhkəməsi isə bu çıxışı qismən məhdudlaşdırıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью