13 ABŞ əyaləti İlon Maskın DOGE Departamentini məhkəməyə verəcək
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ-nin 13 ştatı İlon Maskın rəhbərlik etdiyi Hökumət Verimliliyi Departamentinin (DOGE) “həssas ödəniş sistemi məlumatlarına və gizli informasiyalara” çıxışını məhdudlaşdırmaq üçün məhkəməyə müraciət edəcək.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Demokrat baş prokurorlar tərəfindən yayılan açıqlamada, heç kimin qanundan üstün olmadığı vurğulanıb.
Açıqlamaya görə, Prezident Donald Tramp şəxsi məlumatları istədiyi şəxslə paylaşa və Konqres tərəfindən təsdiqlənmiş federal ödənişləri dayandıra bilməz.
Xatırladaq ki, öncə DOGE-nin ödəniş sisteminə çıxışı ilə bağlı ABŞ Xəzinə Nazirliyi məhkəməyə verilib, Vaşinqton Məhkəməsi isə bu çıxışı qismən məhdudlaşdırıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:İlon Maskın rəhbərlik etdiyi DOGE ləğv edildi
24 Noyabr 2025 08:55
ABŞ da İlon Maskın nəzarətində olan DOGE departamenti ləğv edildi
24 Noyabr 2025 11:51
İlon Maskın 13 övladı doğulub
15 Fevral 2025 14:45
İlon Maskın yaratdığı DOGE qurumu ləğv edildi KONKRET
24 Noyabr 2025 10:33
Tramp DOGE a İlon Maskın fəaliyyət sahələrini yoxlamağı təklif edir
01 İyul 2025 10:58
Baxış sayı:121
Bu xəbər 07 Fevral 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















