Icma.az, Yenisabah saytına istinadən bildirir.
15-19 yaşlarında ana olan şəxslər arasında doğum səviyyəsinin ən yüksək olduğu ölkə Mərkəzi Afrika Respublikasıdır.
"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, Dünya Bankının məlumatları əsasında hazırlanan reytinqə əsasən burada 15-19 yaşlı hər 1000 qıza 161,35 doğuş düşür. Ekvatorial Qvineya 152,87 göstərici ilə ikinci, Mozambik isə 151,88 göstərici ilə üçüncü yerdədir.
Ən aşağı göstəricilər isə Makaoda, Şimali Koreyada və Cənubi Koreyada qeydə alınıb. Makaoda hər 1000 yeniyetmə qıza 0,48, Şimali Koreyada 0,51, Cənubi Koreyada isə 0,53 doğuş düşüb. Sərfəli qiymətə məhsullar
Yeniyetmələr arasında doğum səviyyəsinin ən yüksək olduğu ilk 20 ölkənin hamısı Afrika regionunun payına düşür.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, yoxsulluq, erkən nikahlar, təhsil imkanlarının məhdudluğu və kontraseptiv vasitələrə çıxışın çətinliyi bu regionda yeniyetmələr arasında doğum səviyyəsinin yüksək olmasının əsas səbəbləri sırasındadır.
Qlobal miqyasda isə yeniyetmələr arasında doğum səviyyəsi 2000-ci ildən bəri təxminən 42 faiz azalıb. Təhsil imkanlarının genişlənməsi, kontrasepsiya vasitələrinə çıxışın yaxşılaşması və uşaq dünyaya gətirmə yaşının artması bu azalmaya təsir edən əsas amillər hesab olunur.
Keçmiş SSRİ ölkələri arasında ən yüksək göstərici Tacikistanda qeydə alınıb: hər 1000 yeniyetmə qıza 39,44 doğuş düşür.
Dünya Bankının məlumatları əsasında hazırlanan reytinqdə Azərbaycan 217 ölkə və ərazi arasında 93-cü yerdə qərarlaşıb. Hesabat ilində Azərbaycanda 15-19 yaşlı hər 1000 qıza 34,86 diri doğuş düşüb. Azərbaycan 34,86 göstərici ilə keçmiş SSRİ və qonşu ölkələr arasında ikinci sırada qərarlaşıb.
Keçmiş SSRİ ölkələri arasında ən aşağı yeniyetmə doğum səviyyəsi Belarusda qeydə alınıb.
Postsovet və qonşu ölkələrdə 15-19 yaşlı qızlar arasında qeydə alınan doğum göstəricisi (hər 1000 nəfərə düşən doğum) aşağıdakı kimi olub:
Tacikistan – 39,44;
Azərbaycan – 34,86;
Özbəkistan – 34,14;
Qırğızıstan – 27,53;
İran – 25,79;
Moldova – 22,66;
Türkmənistan – 20,15;
Gürcüstan – 19,37;
Qazaxıstan – 17,44;
Ermənistan – 12,82;
Rusiya – 12,16;
Türkiyə – 11,18;
Ukrayna – 10,94;
Belarus – 8,17.