Icma.az
close
up
RU
15 19 yaşlarında analıq: Azərbaycan 2 ci yerdədir SİYAHI

15 19 yaşlarında analıq: Azərbaycan 2 ci yerdədir SİYAHI

Icma.az, Yenisabah saytına istinadən bildirir.

15-19 yaşlarında ana olan şəxslər arasında doğum səviyyəsinin ən yüksək olduğu ölkə Mərkəzi Afrika Respublikasıdır.

"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, Dünya Bankının məlumatları əsasında hazırlanan reytinqə əsasən burada 15-19 yaşlı hər 1000 qıza 161,35 doğuş düşür. Ekvatorial Qvineya 152,87 göstərici ilə ikinci, Mozambik isə 151,88 göstərici ilə üçüncü yerdədir.

Ən aşağı göstəricilər isə Makaoda, Şimali Koreyada və Cənubi Koreyada qeydə alınıb. Makaoda hər 1000 yeniyetmə qıza 0,48, Şimali Koreyada 0,51, Cənubi Koreyada isə 0,53 doğuş düşüb. Sərfəli qiymətə məhsullar

Yeniyetmələr arasında doğum səviyyəsinin ən yüksək olduğu ilk 20 ölkənin hamısı Afrika regionunun payına düşür.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, yoxsulluq, erkən nikahlar, təhsil imkanlarının məhdudluğu və kontraseptiv vasitələrə çıxışın çətinliyi bu regionda yeniyetmələr arasında doğum səviyyəsinin yüksək olmasının əsas səbəbləri sırasındadır.

Qlobal miqyasda isə yeniyetmələr arasında doğum səviyyəsi 2000-ci ildən bəri təxminən 42 faiz azalıb. Təhsil imkanlarının genişlənməsi, kontrasepsiya vasitələrinə çıxışın yaxşılaşması və uşaq dünyaya gətirmə yaşının artması bu azalmaya təsir edən əsas amillər hesab olunur.

Keçmiş SSRİ ölkələri arasında ən yüksək göstərici Tacikistanda qeydə alınıb: hər 1000 yeniyetmə qıza 39,44 doğuş düşür.

Dünya Bankının məlumatları əsasında hazırlanan reytinqdə Azərbaycan 217 ölkə və ərazi arasında 93-cü yerdə qərarlaşıb. Hesabat ilində Azərbaycanda 15-19 yaşlı hər 1000 qıza 34,86 diri doğuş düşüb. Azərbaycan 34,86 göstərici ilə keçmiş SSRİ və qonşu ölkələr arasında ikinci sırada qərarlaşıb.

Keçmiş SSRİ ölkələri arasında ən aşağı yeniyetmə doğum səviyyəsi Belarusda qeydə alınıb.

Postsovet və qonşu ölkələrdə 15-19 yaşlı qızlar arasında qeydə alınan doğum göstəricisi (hər 1000 nəfərə düşən doğum) aşağıdakı kimi olub:

Tacikistan – 39,44;

Azərbaycan – 34,86;

Özbəkistan – 34,14;

Qırğızıstan – 27,53;

İran – 25,79;

Moldova – 22,66;

Türkmənistan – 20,15;

Gürcüstan – 19,37;

Qazaxıstan – 17,44;

Ermənistan – 12,82;

Rusiya – 12,16;

Türkiyə – 11,18;

Ukrayna – 10,94;

Belarus – 8,17.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri