Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gözdən əlil Qulu Abbasov onun haqqında çıxarılan 15 il azadlıqdan məhrumetmə hökmündən apellyasiya şikayəti verib.
Bizimyol.info xəbər verir ki, iyulun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyilə onun işi üzrə ilkin baxış iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Apellyasiya şikayətində Qulu Abbasovun hər iki gözünün görmə məhdudiyyətli olması və bununla əlaqədar əlilliyinin nəzərə alınaraq, onun cəzasının yüngülləşdirilməsi xahiş olunub.
Qulu Abbasov qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) madd
Onun haqqında hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyilə çıxarılıb.
43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirməkdə ittiham olunur.