Icma.az
close
up
RU
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir?

15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gözdən əlil Qulu Abbasov onun haqqında çıxarılan 15 il azadlıqdan məhrumetmə hökmündən apellyasiya şikayəti verib.

Bizimyol.info xəbər verir ki, iyulun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyilə onun işi üzrə ilkin baxış iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Apellyasiya şikayətində Qulu Abbasovun hər iki gözünün görmə məhdudiyyətli olması və bununla əlaqədar əlilliyinin nəzərə alınaraq, onun cəzasının yüngülləşdirilməsi xahiş olunub.

Qulu Abbasov qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə 15 il azadlıqdan məhrum edilib. Onun haqqında hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyilə çıxarılıb.

43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirməkdə ittiham olunur. Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. O, ifadəsində bildirib ki, mərhum Xanlar Əmirov gözünün görməməyindən sui-istifadə edərək, ailəsinin qadın üzvlərindən birinə qarşı nalayiq hərəkətlər edirdi. Bu səbəbdən aralarında bir neçə dəfə insident baş vermişdi. Hətta yaxın adamların müdaxiləsi əvvəllər bu səbəbdən baş vermiş davaların qarşısını almağa yaramışdı.

Qulu Abbasovun vəkilil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham çox ağırdır. Onun əməlində xüsusi amansızlıq yoxdur. Bu səbəbdən də vəkil hesab edir ki, onun əməli Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır. Vəkil müvəkkilinə bu maddənin sanksiyasının aşağı həddində də cəza verilməsini xahiş edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.1 maddəsində 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə var. Ağırlaşdırıcı hallarda – Cinayət Məcəlləsinin 120-ci maddəsinin digər bəndlərində isə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Apellyasiya məhkəməsində Qulu Abbasovun şikayəti üzrə ilkin iclasdan sonra məhkəmə baxışı avqustun 4-nə təyin olunub.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri