15 il sonra “Harri Potter”dəki roluna qayıdır

28.08.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq.

Axşam.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Aktyor “Harry Potter and the Cursed Child” tamaşasının Brodvey heyətinə qoşulub. Qrint 2 fevraldan 30 may 2027-ci ilədək səhnədə "Ron" obrazını canlandıracaq.

Aktyor yenidən bu rola qayıtmağı səbirsizliklə gözlədiyini bildirib. O, illər sonra obrazının necə dəyişdiyini görməyin maraqlı olacağını deyib.

Rupert Qrint "Ron"u ilk dəfə 12 yaşında canlandırıb. Aktyor bu rolun həyatını çox qısa müddətdə tamamilə dəyişdirdiyini etiraf edib. O, “Harry Potter” filmləri ilə fəxr etdiyini də dəfələrlə vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью