15 il sonra “Harri Potter”dəki roluna qayıdır
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq.
Axşam.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Aktyor “Harry Potter and the Cursed Child” tamaşasının Brodvey heyətinə qoşulub. Qrint 2 fevraldan 30 may 2027-ci ilədək səhnədə "Ron" obrazını canlandıracaq.
Aktyor yenidən bu rola qayıtmağı səbirsizliklə gözlədiyini bildirib. O, illər sonra obrazının necə dəyişdiyini görməyin maraqlı olacağını deyib.
Rupert Qrint "Ron"u ilk dəfə 12 yaşında canlandırıb. Aktyor bu rolun həyatını çox qısa müddətdə tamamilə dəyişdirdiyini etiraf edib. O, “Harry Potter” filmləri ilə fəxr etdiyini də dəfələrlə vurğulayıb.
Baxış sayı:108
Bu xəbər 28 Avqust 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















