Sfera.az saytına istinadən Icma.az xəbər verir. 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Bakıda hədiyyə və gül mağazalarında canlanma mü
Ən çox tələbat isə hər zaman olduğu kimi təbii güllərədir. Sfera.az-ın əməkdaşları güllərin qiymətlərini öyrənmək üçün metronun “28 May”və “
Gül mağazalarında insan əlindən iynə atsan, yerə düşməz. Bəzi müştərilər 10-15 buket birdən alır.
Müşahidələrimizə əsasən, alınan ən popyular çiçək qızılgüldür. Bundan başqa, orxideya və zanbağa da maraq var.
Daha detallı məlumat almaq üçün gül mağazalarının satıcıları ilə də həmsöhbət olduq.
Satıcı Sərxan Quliyev satışlarda artım olmamasından şikayətləndi: “Pandemiyadan öncə satışlarda artımlar olurdu.
Son bir neçə ildir ki, 8 mart ərəfəsi stabil keçir. Bəzi hallarda hətta geriləmə də olur. Ən çox satılan qızılgüldür.
Ümumilikdə gül buketlərinin qiymətləri 15-20 manatdan başlayır 3 min manatlıq kompozisiyaya qədər yüksəlir”.