Icma.az
close
up
RU
15 manatdan 3 min manatadək buketlər satılır 8 Mart ab havası + REPORTAJ

15 manatdan 3 min manatadək buketlər satılır 8 Mart ab havası + REPORTAJ

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Bakıda hədiyyə və gül mağazalarında canlanma müşahidə olunur. Ən çox tələbat isə hər zaman olduğu kimi təbii güllərədir.

Sfera.az-ın əməkdaşları güllərin qiymətlərini öyrənmək üçün metronun “28 May”və “Nizami” stansiyalarının yaxınlığındakı mağazalara üz tutublar.

Gül mağazalarında insan əlindən iynə atsan, yerə düşməz. Bəzi müştərilər 10-15 buket birdən alır. Müşahidələrimizə əsasən, alınan ən popyular çiçək qızılgüldür. Bundan başqa, orxideya və zanbağa da maraq var.

Daha detallı məlumat almaq üçün gül mağazalarının satıcıları ilə də həmsöhbət olduq.

Satıcı Sərxan Quliyev satışlarda artım olmamasından şikayətləndi:

“Pandemiyadan öncə satışlarda artımlar olurdu. Son bir neçə ildir ki, 8 mart ərəfəsi stabil keçir. Bəzi hallarda hətta geriləmə də olur. Ən çox satılan qızılgüldür. Ümumilikdə gül buketlərinin qiymətləri 15-20 manatdan başlayır 3 min manatlıq kompozisiyaya qədər yüksəlir”.

Digər müsahibimiz İsa Əliyevdir. O deyir ki, əhali daha çox tanınmış gül mağazalarından alış etməyə üstünlük verir:

“Payız və yaz aylarında güllərə maraq daha çox artır. Güllərin qiymətləri əsasən gəldiyi ölkəyə görə, buketlərin qiyməti isə istəyə görə dəyişir. Sadə buket istəyən də, xüsusi bir fiqur, hərf və ya rəqəm formasında istəyən də var. 8 martda 8 rəqəmi ilə əlaqəli sifarişlər də olur. 8 min manatlıq sifariş də olub, hər qiymətə buket hazırlamaq mümkündür”.

Növbəti gül satıcısı Həmzə Qədirov isə bayram ərəfəsində qiymətlərdə 30-40 faiz artım olduğunu deyib:

“Bayramlarda satış da, qiymətlər də artır.  Məsələn, 2 gün əvvəl 8 manat olan gül bu gün 11-12 manatdır. Böyük buketlərdə fərq daha çoxdur. Belə ki, 35 manatlıq buket 75-85 manata satılır. Dibçəklərdə isə qiymət dəyişmir”. 

H.Qədirovun sözlərinə görə, hazırda alıcılar arasında qadınlar üstünlük təşkil edir. 

Gül mağazalarında güllərdən başqa oyuncaqlar da diqqət çəkir. Qiymətləri isə ölçüsünə görə 10 manatdan 300 manata qədər dəyişir.

Satıcılarla söhbətimizə əsasən, ümumi qiymətlərə nəzər salsaq, qızılgülün bir ədədinin qiyməti 3-7 manat arasında dəyişir. Burada dəyişiklik gülün mənşəyindən asılıdır.  Məsələn, İran qızılgülü 3 manat, Türkiyə qızılgülü 5 manat, Hollandiya qızılgülü isə 7 manata satılır. Zanbağın (tülpan) bir ədədinin qiyməti 3-5 manat arasında dəyişir. Orxideyanın bir ədədinin qiyməti 25-75 manat arasındadır. 

Gül buketlərinin qiymətləri isə güllərin sayına və növünə görə dəyişir. Orta səviyyəli bir buket 50-70 manata, daha dəbdəbəli buketlər isə 100-150 manata başa gəlir. 

Qadınları sevindirmək üçün güllərlə yanaşı, parfümeriya və geyim aksessuarlarına da maraq böyükdür. Parfümeriya mağazalarında bayramqabağı xüsusi hədiyyə səbətləri hazırlanır və qiymətləri 20-150 manat arasında dəyişir. 

8 Mart münasibətilə restoranlarda da xüsusi proqramlar və menyular təklif olunur. Bəzi restoranlarda yerlər artıq əvvəlcədən bron edilib. Qiymətlər isə restorandan və menyudan asılı olaraq, adam başına 50-150 manat arasında dəyişir. Bu isə o deməkdir ki, 2 nəfərlik şam yeməyi ən azı 100, ən çoxu isə 300 manata başa gələcək. 

Ümumilikdə, 8 Mart ərəfəsində Bakıda hədiyyə və gül bazarında geniş seçim imkanı mövcuddur və hər kəs öz büdcəsinə uyğun hədiyyə tapa bilər.

Əziz xanımlar, qəlbinizdən məhəbbət, üzünüzdən təbəssüm, gözlərinizdən sevinc əskik olmasın. Beynəlxalq Qadınlar Gününüz mübarək!

Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Mart 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri