150 ildən sonra ilk dəfə nadir növ canlı aşkar edilib | Icma.az
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır. Hindistanda yerləşən bir mağarada nəhəng mavi xərçəngin tapılması hətta təcrübəli t
Bu, bölgədə nəsli kəsilmək üzrə olan bu canlı növünün son 150 ildə ilk dəfə qeydə alınmasıdır.
BAKU.WS xəbər verir ki, tapıntı 26 may tarixli Journal of Threatened Taxa jurnalında sənədləşdirilib. Hər şey adi araşdırma ilə başlayıb.
Alimlər Hindistan yarımadasının şərq sahillərində yerləşən Nikobar arxipelaqının ən şimal adası olan Kar-Nikobar adasında kiçik bir mağaranı tədqiq edərkən, qayalıqlardan birində gizlənmiş boz-mavi rəngli bir canlıya rast gəliblər.
Aşkar edilən bu canlı, "palmə oğrusu" kimi tanınan xərçəng növünə aiddir.
Bu növ yer üzündə yaşayan ən iri buğumayaqlılar sayılır – uzunluğu 1 metrə, çəkisi isə 5 kiloqrama qədər çata bilir.
Tapılan konkret nümunə isə erkək olub, uzunluğu 13 sm, çəkisi isə təxminən 1,18 kiloqramdır. Bu canlıya "kokos krabı" da deyilir.
O, sərt qabıqlı meyvələri, o cümlədən kokosları, qozqabığını xatırladan güclü qısqacları ilə qıraraq qidalanır.
Tam oxu
Xəbəri oxu