Icma.az
close
up
RU
150 ildən sonra ilk dəfə nadir növ canlı aşkar edilib

150 ildən sonra ilk dəfə nadir növ canlı aşkar edilib

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Hindistanda yerləşən bir mağarada nəhəng mavi xərçəngin tapılması hətta təcrübəli tədqiqatçıları belə şoka salıb. Bu, bölgədə nəsli kəsilmək üzrə olan bu canlı növünün son 150 ildə ilk dəfə qeydə alınmasıdır.

BAKU.WS xəbər verir ki, tapıntı 26 may tarixli Journal of Threatened Taxa jurnalında sənədləşdirilib.

Hər şey adi araşdırma ilə başlayıb. Alimlər Hindistan yarımadasının şərq sahillərində yerləşən Nikobar arxipelaqının ən şimal adası olan Kar-Nikobar adasında kiçik bir mağaranı tədqiq edərkən, qayalıqlardan birində gizlənmiş boz-mavi rəngli bir canlıya rast gəliblər.

Aşkar edilən bu canlı, "palmə oğrusu" kimi tanınan xərçəng növünə aiddir. Bu növ yer üzündə yaşayan ən iri buğumayaqlılar sayılır – uzunluğu 1 metrə, çəkisi isə 5 kiloqrama qədər çata bilir.

Tapılan konkret nümunə isə erkək olub, uzunluğu 13 sm, çəkisi isə təxminən 1,18 kiloqramdır.

Bu canlıya "kokos krabı" da deyilir. O, sərt qabıqlı meyvələri, o cümlədən kokosları, qozqabığını xatırladan güclü qısqacları ilə qıraraq qidalanır. Onun qısqac gücü hətta aslanın dişləməsi ilə müqayisə olunur.

Kokosla qidalanan bu krablar Hind-Sakit okeanı bölgəsində geniş yayılmış olsa da, yaşayış mühitinin məhv edilməsi, insan fəaliyyəti və təbii fəlakətlər səbəbindən nəsli tükənmək təhlükəsi ilə üz-üzə qalıb.

Alimlər hesab edirlər ki, bu nümunə bölgədəki bol kokos ağacları və insan fəaliyyəti nəticəsində yaranan tullantılar səbəbindən bu əraziyə cəlb olunmuş ola bilər. Amma tullantılar eyni zamanda krablar üçün təhlükə yaradır, çünki onlar bəzən zibilə dolaşa və ya zərərli maddələri uda bilirlər.

Bu canlıları müşahidə etmək çətindir, çünki onlar gecə aktiv olurlar və həyat tərzləri hələ tam öyrənilməyib. Alimlər təsadüfi müşahidələrin bu növün yayılması, davranışı və yaşayış mühitinə dair əhəmiyyətli məlumatlar verdiyini bildirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri