150 manata görə qadını döydü Əfsanə arvadımın saçını yoldu | Icma.az
Icma.az bildirir, Demokrat.az portalına istinadən. Goranboy rayonunda 35 yaşlı kişi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qad
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy şəhəri, S.Vurğun küçəsində baş verib.
1991-ci il təvəllüdlü Əfqan şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əfsanənin (adlar şərtidir – red.) sol göz nahiyəsindən yumruqla vurub.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, barəsində şikayət edən Əfsanəni tanıyır: “Təxminən 2 il əvvəl yaşamağa yerim olmadığı üçün əvvəllər Əfsanənin yaşadığı binada yerləşən otağın qapısını sındırdım.
Buna görə də Əfsanə qapının sındırılmasına görə məndən 150 manat tələb etdi.
Lakin, maddi imkanım olmadığı üçün pulu verə bilmədim”.Təqsirləndirilən şəxs qeyd edib ki, baş verən hadisə günü, saat 13 radələrində həyat yoldaşı Sevil ona zəng edib və Əfsanənin anası Gülgəzlə yaşadığı ünvana gəldiyini, 150 manat tələb etməsini və onu döşəməsilən ağacla vurduğunu bildirib: “Buna görə də iş yerimdən taksi ilə yaşadığım evə gəldim.
Tam oxu
Xəbəri oxu